Mətləb Əliyev: “Büdcə gəlirlərini artırmaq üçün var qüvvəmizlə çalışırıq”
“Növbəti 2025-ci il üçün bələdiyyə büdcəsinin layihəsi artıq müzakirəyə çıxarılıb” - bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev deyib.
Sədr qeyd edib ki, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 10-cu maddəsində qeyd edildiyi kimi “növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir”. Odur ki, bələdiyyə büdcəsinin ilkin layihəsinin müzakirəyə çıxarılması qərara alınıb.
2025-ci ildə nəzərdə tutduğumuz büdcə gəliri əvvəl ki, beş ildəkindən bir dəfə artıqdır.
Bu dəfə nəzərdə tutulan büdcə layihəsi daha çox sosial yönümlü layihələrin icrasına istiqamətləndirilib.
Müzakirələrimiz dekabr ayınadək davam edəcək və 20 dekabr tarixinədək təsdiq etməyi düşünürük.
Büdcənin sosial yönümlü olmasını nəzərə aldığımızdan nəzərdə tutduğumuz layihələrin icrası maliyyə tələb edir. Büdcə gəlirlərinin artırmaq üçün var qüvvəmizlə çalışırıq.
Bunun üçün artıq bələdiyyənin vergi xidməti də indidən konkret proqram üzrə çalışır və müəyyən uğurlara da imza atıb.
Belə ki, cari ilin üçüncü rübü ərzində büdcə gəlirlərində ciddi artım hiss edilməkdədir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin üçüncü rübü ərzində büdcə gəlirlərimiz iki dəfəyədək artırmışıq.
Etiraf edək ki, cari ildə büdcə gəlirlərinin 35 faizədək artmasında BAMS proqramının Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsinin mühüm rolu olub.
Bu gün əldə etdiyimiz maliyyə vəsaitini də məhz vətəndaş məmnunluğunun təmin ediməsinə xidmət edən layihələrin icrasına yönəldirik.
Belediyye.info
Rəylər
0 Rəy