Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-07-2024 , 18:19

1512

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mərdəkan bələdiyyəsinin 2024-cü ilin 6 aylıq Hesabatı


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Eyni zamanda Sərəncamda işğaldan azad edilmiş, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olmuşdu. Bu strategiya onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Belə ki, ölkəmiz növbəti beynəlxalq uğura imza ataraq, “COP 29” beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsinə ev sahibliyi edəcəkdir. Bununla əlaqədar Konfransa bir çox ölkələrdən xarici nümayəndələr gələcəkdir. İki həftə ərzində onlar həm də bölgələrimizlə tanış olacaqlar, tarixi-memarlıq abidələrini ziyarət edəcəklər. Bununla bağlı Mərdəkan mərkəzi qəsəbə olduğundan beynəlxalq nümayəndələr, qonaqlar qəsəbəmizə də gələcəklər. Qəsəbənin yaşıllıqlarını genişləndirməliyik, təmizliyə, gözəlliyə diqqəti daha da artırmalıyıq. Qəsəbədə yerləşən tarixi-memarlıq abidələrinə  gedən yolun və ətrafının mütəmadi təmizliyinə, abadlığına diqqəti daha da artırmalıyıq.

Mərdəkan bələdiyyəsinə 2024-cü ilin 6 ayı ərzində vətəndaşlardan müxtəlif məsələlərə dair 90 ərizə, təşkilatlardan  isə, 77 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 114 vətəndaş qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması    qaydası   haqqında”    Azərbaycan    Respublikası    Qanununa

müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Mərdəkan bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən, büdcənin gəlirləri 2024-cü ilin 6 ayı ərzində 121432 manat təşkil etmişdir.

O cümlədən:

Ø            fiziki şəxslərdən torpaq vergisi – 27224 manat;

Ø            fiziki şəxslərdən əmlak vergisi – 92057  manat;

Ø            kurort və mehmanxana rüsumu- 1957  manat;

Ø            torpaq icarə haqqı – 194  manat.

2024-cü ilin 6 ayı ərzində xərclər isə -  107417   manat təşkil etmişdir.

O cümlədən:

Ø            Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə -  45654 manat;

Ø            Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalar-  8898  manat;

Ø            İcbari Tibbi Sığortaya ayırmalar – 1129  manat;

Ø            Maddi yardımlara – 15427  manat;

Ø            Abadlıq-təmizlik işlərinə - 16300  manat;

Ø            Kommunal xərclərə (işıq, qaz, su, rabitə ) – 2655  manat

Ø            Milli Assosiasiyaya ödənişlər (üzvlük haqqı) –1800 manat;

Ø            Bank xidməti haqqı – 475 manat;

Ø            Poçt xidmət haqqı – 411 manat;

Ø            ABİHİ-na  tutulma – 275 manat;

Ø            “Azərbaycan Ordusuna Yardım  Fonduna” tutulma – 144 manat;

Ø            Audit xidməti – 3175 manat;

Ø            “Qala - Həyat” Sığorta Şirkəti ASC-nə– 154 manat;

Ø            Jurnal və qəzetlərə abunə yazılışına-187 manat;

Ø            Kompüter avadanlıqlarının təmiri və katrec dolumu -   701 manat;

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar və Bakıda “COP 29” beynəlxalq konfransının keçirilməsi ilə bağlı xarici nümayəndələrin qəsəbəyə gəlişini nəzərə alaraq, Sergey Yesenin küçəsi, 81 ünvanında “Qoşa Qala” divarlarının qarşısına  “Yaşıl dünya naminə həmrəylik ili” banerinin (405 sm x 195 sm ölçüdə) qoyulmasına – 141 manat;

Ø            “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Yaşıl dünya üçün biz də həmrəy olaq!” devizi altında mərkəzi yol olan Sergey Yesenin 88 “A”, Sergey Yesenin 89 ünvanlarında, Sergey Yesenin küçəsindən Ərəblinski küçəsinə qədər olan ərazidə, Heydər Əliyev parkında, 1941-1945 “Xatirə Parkı”nda, Baba Əliyev 70 ünvanında, Xəzri küçəsində, 28 May küçəsində, Qılman İlkin küçəsində (Yeni park)  həmişəyaşıl yeni cavan tinglər və dekorativ kolların əkilməsinə 4960 manat məbləğində pul vəsaiti xərclənmişdir.     

Ø            “20 Yanvar faciəsi”nin 34-cü ildönümü ilə əlaqədar, 2 nəfər 20 Yanvar şəhid ailəsinə və 1 nəfər 20 Yanvar əlililinin hər birinə bir yüz manat məbləğində maddi köməklik göstərilmişdir.

Ø            Mərdəkan qəsəbə ərazisindəki parklarda təmir işləri ilə əlaqədar oturacaqların, zibil qablarının,  yararsız vəziyyətə düşmüş dekorativ daşların təmiri, rənglənməsi, elektrik dirəklərinin, lampaların, xarab olmuş su kranlarının dəyişdirilməsi ilə bağlı lazım olacaq təsərrüfat mallarının alınmasına- 700 manat;

Ø            “Xocalı faciəsi”nin 32-ci ildönümü ilə əlaqədar isə, 2 nəfər şəhid ailəsinin hər birinə bir yüz manat məbləğində maddi və ərzaq sovqatı ilə köməklik göstərilmişdir.

Ø            Bakıda “COP 29” beynəlxalq konfransının keçirilməsi ilə bağlı, xarici nümayəndələrin qəsəbəmizə gəlişi ilə əlaqədar, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Mərdəkan hissəsində, tarixi-memarlıq abidələrinə gedən yollarda olan yabanı otların vaxtlı-vaxtında biçilməsi və yaşıllıqların qorunması məqsədilə, 2 (iki) ədəd otbiçən aparat və lazım olan hissələrinin alınmasına- 872 manat;

Ø            Mərdəkan bələdiyyəsinin yerli sosial müdafiə proqramına uyğun olaraq, “Novruz bayramı” münasibətilə, qəsəbədəki Birinci və İkinci Qarabağ şəhid ailələrinə, qazilərinə və aztəminatlı ailələrə ərzaq sovqatı paylanılması məqsədilə, bələdiyyə büdcəsindən 440 manat məbləğində pul vəsaiti ayrılmışdır.

Ø            Qəsəbədəki “Heydər Cümə” məscidində Ramazan bayramı münasibətilə 140-150 nəfərlik, o cümlədən şəhid ailələri, qazilərimiz, müharibə iştirakçıları, ağsaqqallar üçün iftar süfrəsi açılmışdır. Bu məqsədlə bələdiyyə büdcəsindən 1290 manat məbləğində vəsait ayrılmışdır.

Ø            Qəsəbə ərazisində xüsusən də mərkəzi yol olan Sergey Yesenin, 28 May, Rəfael Cəfərov, Baba Əliyev, Şahin İskəndərov, Safura İbrahimova, Ramin Qasımov küçələrinin adlarının olmaması səbəbindən, eyni zamanda Təcili Yardım avtomobillərinin ərazidəki evləri tapa bilmədiyindən, həmçinin “COP29” ilə əlaqədar qəsəbəyə gələcək xarici nümayəndələrin qəsəbə ərazisində ünvanları rahatlıqla tapmaları və çoxsaylı sakinlərin xahişini nəzərə alaraq, qeyd olunan küçə  adlarını əks etdirən lövhələrin sifariş verilməsi məqsədilə, “İstanbul Reklam Market” MMC ilə müqavilə bağlanılmış və bunun üçün bələdiyyə büdcəsindən 1180 manat məbləğində pul vəsaiti ayrılmışdır.

Ø            “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qəsəbəmizin yaşıllaşdırması naminə həmrəy olaq!” devizi altında Mərdəkan qəsəbəsinin Heydər Əliyev parkında, H.Z.Tağıyevin məqbərəsinin ətrafında qurumuş ağac və kolların yerinə yeni ağac və həmişəyaşıl kolların əkilməsi məqsədilə, 4920 manat məbləğində pul vəsaiti xərclənmişdir.

Ø            Xəlilov Elmin Rəfail oğluna Vətən müharibəsində iştirakını, anasının xəstəliyini, maddi durumunun ağır olmasını nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 250 manat maddi köməklik göstərilmişdir.

Ø            Quliyev Adil Vaqif oğluna, 44 günlük Vətən müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərdə iştirakını, heç yerdə işləmədiyini, ağır  maddi durumunu nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 200 manat məbləğində maddi köməklik göstərilmişdir.

Ø            Paşazadə Səyahət Məmməd oğluna, Vətən müharibəsi zamanı Murovdağ, Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanaraq kəllə-beyin travması alması səbəbindən, 3-cü dərəcəli əlilliyini, maddi drumunun ağır olmasını  nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 200 manat məbləğində maddi dəstək göstərilmişdir.

Ø            Novruz bayramı münasibətilə,  qəsəbənin mərkəzi yolunun üstündəki Sergey Yesenin küçəsi, 81 ünvanında yerləşən  “Qoşa-Qala” divarlarının qarşısına                   1 (bir) ədəd, (405 sm x195 sm ölçüdə), Sergey Yesenin küçəsi 89 ünvanında yerləşən parkda 4 ədəd, (2 m x 2.10 sm ölçüdə)  “Novruz bayramınız mübarək!” vinil lövhənin və (2 m x 1.70 sm ölçüdə) süni səməninin (dəmir karkasla diktli) sifariş verilməsinə 1189 manat məbləğində pul vəsaiti xərclənmişdir.

Ø            “Çernobıl Atom Elektrik Stansiyası”nda baş vermiş qəzanın 38-ci ildönümü ilə əlaqədar, Mərdəkan qəsəbə sakinləri olan 7 nəfər Çernobıl əlilinin hər birinə   ərzaq yardımı ilə köməklik göstərilmişdir.

Ø            Mərdəkan bələdiyyəsinin yerli sosial müdafiə proqramına uyğun olaraq, Müqəddəs “Qurban bayramı” münasibətilə, qəsəbədəki şəhid ailələrinə, qazilərimizə, gözdən əllilərə, çox imkansız ailələrə, tənha insanlara cəmi 60 nəfər olmaqla, ərzaq sovqatının paylanması məqsədilə bələdiyyə büdcəsindən 1100 manat məbləğində pul vəsaiti ayrılmışdır.

Ø            Ağayev Ceyhun Məhəmməd oğluna, İkinci Qarabağ müharibəsində Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlər zamanı yaralandığını və 3-cü qrup əlil olmasını nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində  200 manat məbləğində maddi köməklik göstərilmişdir.

Bayramov Rahul Mərdan oğluna, 44 günlük Vətən müharibəsində iştirakını, Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı onurğa beynindən zədə aldığını, 2-ci qrup müharibə əlili olduğunu, heç yerdə işləyə bilmədiyini, maddi durumunun ağır olmasını nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində xahiş etdiyi 200 manat məbləğində maddi yardımla dəstək göstərilmişdir.

9 May - Alman Faşizm üzərində Qələbənin  79 illiyi münasibətilə, qəsəbədə yaşayan  arxa cəbhə  veteranı Səfərəli Abdulla oğluna bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində  150 manat məbləğində maddi köməklik göstərilmişdir.

Bizə səs vermiş seçicilərimizin etimadını doğrultmaq üçün gördüyümüz və görəcəyimiz işlərlə hər zaman çalışacağıq. Qəsəbəmizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına bundan sonra da diqqəti daha da artıracağıq.

Yerli əhəmiyyətli poblemlərin həllində daha da fəallıq göstərəcəyik, ictimai-mədəni, sosial tədbirlərin həyata keçirilməsini uğurla davam etdirəcəyik.

Bundan sonrakı  fəaliyyətimizdə də hər zaman olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışacağıq və Bələdiyyələrlə İş Baş İdarəsinin tövsiyələrini, iradlarını hər zaman işdə rəhbər tutacağıq.  

Mirbaba Hüseynov

Xəzər rayonu      Mərdəkan bələdiyyəsinin sədri               

                    

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər