Elşad Vəliyev: "Aparılan abadlıq-quruculuq işlərinə bələdiyyələr də öz töhfələrini verməlidir"
"Məlumdur ki, noyabr ayında ölkəmizdə mötəbər beynəlxalq tədbir keçiriləcək. Bu münasibətlə paytaxtda həyata keçirilən əsaslı təmir, abadlıq-quruculuq və yaşıllaşdırma ilə bağlı aparılan layihələrə bələdiyyələrdə iştirak etməli və maliyyə imkanları çərçivəsində dəstəyini göstərməlidir"- bu fikirləri Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib.
Sədr bildirib ki, Xətai RİH başçısı Rafiq Quluyevin təşəbbüsü və iştirakı ilə son günlərdə rayonda genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Binaların, obyektlərin fasadları, eyvanları, dam örtükləri təmir edilir, rənglənir, istinad divarları, hasarlar qaydaya salınır, hər tərəfdə abadlıq işləri görülür, genişmiqyaslı yaşıllaşdırma işləri aparılır.
Bələdiyyə olaraq bizdə RİH -in həyata keçirdiyi layhələrə dəstək olaraq rayonun 8 Noyabr prospektində, Zığ şossesində prospekt boyu səkilərin, hasarların əsaslı təmiri həyata keçirilir, çox saylı sərv ağacları əkilərək aqrotexniki qulluq göstərilir, habelə bəzi yerlərdə fasadlar rənglənərək dekorativ güllərlə bəzədilir.
Sədr bildirib ki, bələdiyyə tərəfindən həyata keçirilən layihələr yaxın günlərdə baş çatdırılacaq.
Belediyye.info