Yasamal bələdiyyəsində seminar keçirilmişdir
Yasamal bələdiyyəsinin inzibati binasında Ədliyyə nazirliyi Bələdiyyələrlə iş baş idarəsinin əməkdaşı Ceyhun Əkbərlinin, Yasamal bələdiyyəsi üzvlərinin və qulluqçularının iştirakı ilə “Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin ümumiləşdirilməsi nəticəsində aşkar olunmuş nöqsanların qarşısının alınmasına dair qanunvericiliyin tələbləri” mövzusunda seminar keçirilmişdir.Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov seminar iştirakçılarını salamladı və mövzu ətrafında geniş çıxış etdi. Sədr çıxış edərək Ədliyyə Nazirliyi tərəfindən göstərilən diqqətə görə minnətdarlığını bildirdi və bələdiyyə qulluqçularına etik davranış qaydalarına dönmədən əməl etməyi, vəzifələrinin icrası zamanı digər şəxslərlə qeyri-prosessual münasibətlərə girməməyi,korrupsiya hüquqpozması təəssüratı yaradaca biləcək hərəkətlərdən çəkinməyi tapşırdı və qeyd olunanlarla bağlı qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətləri izah etdi.Seminarda çıxış edən Bələdiyyələrlə iş baş idarəsinin əməkdaşı Ceyhun Əkbərli seminarın keçirilməsi məqsədinin bələdiyyələrin fəaliyyətində yol verilən nöqsanların qarşısının alınması və bələdiyyələrin gələcək fəaliyyətlərinin qanunvericiliyə uyğun təşkil edilməsində onlara metodoloji köməklik göstərilməsi olduğunu bildirdi.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
01.10.2024