Mərdəkan bələdiyyəsinin 2024-cü ilin 6 aylıq Hesabatı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya
naminə həmrəylik ili” elan edilmişdir.
Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və
artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli
istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Eyni zamanda Sərəncamda
işğaldan azad edilmiş, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar
Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Ölkəmizdə ekologiyanın
qorunması və ətraf mühitin sağlamlaşdırılması, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli
fəaliyyətinin mühüm tərkib hissəsi olmuşdu. Bu strategiya onun layiqli
davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Belə ki, ölkəmiz növbəti beynəlxalq uğura imza ataraq, “COP
29” beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsinə ev sahibliyi edəcəkdir.
Bununla əlaqədar Konfransa bir çox ölkələrdən xarici nümayəndələr gələcəkdir.
İki həftə ərzində onlar həm də bölgələrimizlə tanış olacaqlar, tarixi-memarlıq
abidələrini ziyarət edəcəklər. Bununla bağlı Mərdəkan mərkəzi qəsəbə olduğundan
beynəlxalq nümayəndələr, qonaqlar qəsəbəmizə də gələcəklər. Qəsəbənin
yaşıllıqlarını genişləndirməliyik, təmizliyə, gözəlliyə diqqəti daha da
artırmalıyıq. Qəsəbədə yerləşən tarixi-memarlıq abidələrinə gedən yolun və ətrafının mütəmadi təmizliyinə,
abadlığına diqqəti daha da artırmalıyıq.
Mərdəkan bələdiyyəsinə 2024-cü ilin 6 ayı ərzində vətəndaşlardan
müxtəlif məsələlərə dair 90 ərizə, təşkilatlardan isə, 77 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə
bağlı rəhbərlik tərəfindən 114 vətəndaş qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında”
Azərbaycan Respublikası Qanununa
müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər
birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.
Mərdəkan bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən
edilmiş qaydada yerli vergi ödəyicilərindən, büdcənin gəlirləri 2024-cü ilin 6
ayı ərzində 121432 manat təşkil etmişdir.
O cümlədən:
Ø fiziki şəxslərdən
torpaq vergisi – 27224 manat;
Ø fiziki şəxslərdən
əmlak vergisi – 92057 manat;
Ø kurort və mehmanxana rüsumu-
1957 manat;
Ø torpaq icarə haqqı – 194 manat.
2024-cü
ilin 6 ayı ərzində xərclər isə -
107417 manat təşkil etmişdir.
O cümlədən:
Ø Bələdiyyə işçilərinin əmək
haqqısının ödənilməsinə - 45654 manat;
Ø Bələdiyyə işçilərinin əmək
haqqlarından DSMF-yə ayırmalar-
8898 manat;
Ø İcbari Tibbi Sığortaya ayırmalar –
1129 manat;
Ø Maddi yardımlara – 15427 manat;
Ø Abadlıq-təmizlik işlərinə -
16300 manat;
Ø Kommunal xərclərə (işıq, qaz, su,
rabitə ) – 2655 manat
Ø Milli Assosiasiyaya ödənişlər
(üzvlük haqqı) –1800 manat;
Ø Bank xidməti haqqı – 475 manat;
Ø Poçt xidmət haqqı – 411 manat;
Ø ABİHİ-na tutulma – 275 manat;
Ø “Azərbaycan Ordusuna Yardım Fonduna” tutulma – 144 manat;
Ø Audit xidməti – 3175 manat;
Ø “Qala - Həyat” Sığorta Şirkəti ASC-nə–
154 manat;
Ø Jurnal və qəzetlərə abunə
yazılışına-187 manat;
Ø Kompüter avadanlıqlarının təmiri və
katrec dolumu - 701 manat;
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı
ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə
əlaqədar və Bakıda “COP 29” beynəlxalq konfransının keçirilməsi ilə bağlı
xarici nümayəndələrin qəsəbəyə gəlişini nəzərə alaraq, Sergey Yesenin küçəsi,
81 ünvanında “Qoşa Qala” divarlarının qarşısına
“Yaşıl dünya naminə həmrəylik ili” banerinin (405 sm x 195 sm ölçüdə)
qoyulmasına – 141 manat;
Ø “Yaşıl dünya naminə həmrəylik ili”
ilə əlaqədar “Yaşıl dünya üçün biz də həmrəy olaq!” devizi altında mərkəzi yol
olan Sergey Yesenin 88 “A”, Sergey Yesenin 89 ünvanlarında, Sergey Yesenin küçəsindən
Ərəblinski küçəsinə qədər olan ərazidə, Heydər Əliyev parkında, 1941-1945
“Xatirə Parkı”nda, Baba Əliyev 70 ünvanında, Xəzri küçəsində, 28 May küçəsində,
Qılman İlkin küçəsində (Yeni park) həmişəyaşıl
yeni cavan tinglər və dekorativ kolların əkilməsinə 4960 manat məbləğində pul vəsaiti
xərclənmişdir.
Ø “20 Yanvar faciəsi”nin 34-cü
ildönümü ilə əlaqədar, 2 nəfər 20 Yanvar şəhid ailəsinə və 1 nəfər 20 Yanvar əlililinin
hər birinə bir yüz manat məbləğində maddi köməklik göstərilmişdir.
Ø Mərdəkan qəsəbə ərazisindəki
parklarda təmir işləri ilə əlaqədar oturacaqların, zibil qablarının, yararsız vəziyyətə düşmüş dekorativ daşların
təmiri, rənglənməsi, elektrik dirəklərinin, lampaların, xarab olmuş su
kranlarının dəyişdirilməsi ilə bağlı lazım olacaq təsərrüfat mallarının
alınmasına- 700 manat;
Ø “Xocalı faciəsi”nin 32-ci ildönümü
ilə əlaqədar isə, 2 nəfər şəhid ailəsinin hər birinə bir yüz manat məbləğində
maddi və ərzaq sovqatı ilə köməklik göstərilmişdir.
Ø Bakıda
“COP 29” beynəlxalq konfransının keçirilməsi ilə bağlı, xarici nümayəndələrin qəsəbəmizə
gəlişi ilə əlaqədar, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Mərdəkan hissəsində,
tarixi-memarlıq abidələrinə gedən yollarda olan yabanı otların vaxtlı-vaxtında
biçilməsi və yaşıllıqların qorunması məqsədilə, 2 (iki) ədəd otbiçən aparat və
lazım olan hissələrinin alınmasına- 872 manat;
Ø Mərdəkan bələdiyyəsinin
yerli sosial müdafiə proqramına uyğun olaraq, “Novruz bayramı” münasibətilə, qəsəbədəki
Birinci və İkinci Qarabağ şəhid ailələrinə, qazilərinə və aztəminatlı ailələrə ərzaq
sovqatı paylanılması məqsədilə, bələdiyyə büdcəsindən 440 manat məbləğində pul
vəsaiti ayrılmışdır.
Ø Qəsəbədəki
“Heydər Cümə” məscidində Ramazan bayramı münasibətilə 140-150 nəfərlik, o cümlədən
şəhid ailələri, qazilərimiz, müharibə iştirakçıları, ağsaqqallar üçün iftar
süfrəsi açılmışdır. Bu məqsədlə bələdiyyə büdcəsindən 1290 manat məbləğində vəsait
ayrılmışdır.
Ø Qəsəbə ərazisində
xüsusən də mərkəzi yol olan Sergey Yesenin, 28 May, Rəfael Cəfərov, Baba
Əliyev, Şahin İskəndərov, Safura İbrahimova, Ramin Qasımov küçələrinin
adlarının olmaması səbəbindən, eyni zamanda Təcili Yardım avtomobillərinin ərazidəki
evləri tapa bilmədiyindən, həmçinin “COP29” ilə əlaqədar qəsəbəyə gələcək
xarici nümayəndələrin qəsəbə ərazisində ünvanları rahatlıqla tapmaları və
çoxsaylı sakinlərin xahişini nəzərə alaraq, qeyd olunan küçə adlarını əks etdirən lövhələrin sifariş
verilməsi məqsədilə, “İstanbul Reklam Market” MMC ilə müqavilə bağlanılmış və
bunun üçün bələdiyyə büdcəsindən 1180 manat məbləğində pul vəsaiti ayrılmışdır.
Ø “Yaşıl
dünya naminə həmrəylik ili” çərçivəsində “Qəsəbəmizin yaşıllaşdırması naminə həmrəy
olaq!” devizi altında Mərdəkan qəsəbəsinin Heydər Əliyev parkında,
H.Z.Tağıyevin məqbərəsinin ətrafında qurumuş ağac və kolların yerinə yeni ağac
və həmişəyaşıl kolların əkilməsi məqsədilə, 4920 manat məbləğində pul vəsaiti xərclənmişdir.
Ø Xəlilov
Elmin Rəfail oğluna Vətən müharibəsində iştirakını, anasının xəstəliyini, maddi
durumunun ağır olmasını nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti
daxilində 250 manat maddi köməklik göstərilmişdir.
Ø Quliyev
Adil Vaqif oğluna, 44 günlük Vətən müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərdə
iştirakını, heç yerdə işləmədiyini, ağır
maddi durumunu nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti
daxilində 200 manat məbləğində maddi köməklik göstərilmişdir.
Ø Paşazadə Səyahət
Məmməd oğluna, Vətən müharibəsi zamanı Murovdağ, Ağdərə istiqamətində gedən
döyüşlərdə yaralanaraq kəllə-beyin travması alması səbəbindən, 3-cü dərəcəli əlilliyini,
maddi drumunun ağır olmasını nəzərə
alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 200 manat məbləğində
maddi dəstək göstərilmişdir.
Ø Novruz
bayramı münasibətilə, qəsəbənin mərkəzi
yolunun üstündəki Sergey Yesenin küçəsi, 81 ünvanında yerləşən “Qoşa-Qala” divarlarının qarşısına 1 (bir) ədəd, (405 sm x195
sm ölçüdə), Sergey Yesenin küçəsi 89 ünvanında yerləşən parkda 4 ədəd, (2 m x
2.10 sm ölçüdə) “Novruz bayramınız mübarək!”
vinil lövhənin və (2 m x 1.70 sm ölçüdə) süni səməninin (dəmir karkasla diktli)
sifariş verilməsinə 1189 manat məbləğində pul vəsaiti xərclənmişdir.
Ø “Çernobıl
Atom Elektrik Stansiyası”nda baş vermiş qəzanın 38-ci ildönümü ilə əlaqədar, Mərdəkan
qəsəbə sakinləri olan 7 nəfər Çernobıl əlilinin hər birinə ərzaq yardımı ilə köməklik göstərilmişdir.
Ø Mərdəkan bələdiyyəsinin
yerli sosial müdafiə proqramına uyğun olaraq, Müqəddəs “Qurban bayramı” münasibətilə,
qəsəbədəki şəhid ailələrinə, qazilərimizə, gözdən əllilərə, çox imkansız ailələrə,
tənha insanlara cəmi 60 nəfər olmaqla, ərzaq sovqatının paylanması məqsədilə bələdiyyə
büdcəsindən 1100 manat məbləğində pul vəsaiti ayrılmışdır.
Ø Ağayev
Ceyhun Məhəmməd oğluna, İkinci Qarabağ müharibəsində Suqovuşan və Talış istiqamətlərində
gedən döyüşlər zamanı yaralandığını və 3-cü qrup əlil olmasını nəzərə alaraq, bələdiyyə
büdcəsinin maliyyə vəsaiti daxilində 200
manat məbləğində maddi köməklik göstərilmişdir.
Bayramov Rahul Mərdan oğluna, 44 günlük Vətən müharibəsində
iştirakını, Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı onurğa beynindən
zədə aldığını, 2-ci qrup müharibə əlili olduğunu, heç yerdə işləyə bilmədiyini,
maddi durumunun ağır olmasını nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti
daxilində xahiş etdiyi 200 manat məbləğində maddi yardımla dəstək göstərilmişdir.
9 May - Alman Faşizm üzərində Qələbənin 79 illiyi münasibətilə, qəsəbədə yaşayan arxa cəbhə
veteranı Səfərəli Abdulla oğluna bələdiyyə büdcəsinin maliyyə vəsaiti
daxilində 150 manat məbləğində maddi köməklik
göstərilmişdir.
Bizə səs vermiş seçicilərimizin etimadını doğrultmaq üçün
gördüyümüz və görəcəyimiz işlərlə hər zaman çalışacağıq. Qəsəbəmizin
abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına bundan sonra da diqqəti daha
da artıracağıq.
Yerli əhəmiyyətli poblemlərin həllində daha da fəallıq göstərəcəyik,
ictimai-mədəni, sosial tədbirlərin həyata keçirilməsini uğurla davam etdirəcəyik.
Bundan sonrakı fəaliyyətimizdə
də hər zaman olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından
irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışacağıq və Bələdiyyələrlə İş
Baş İdarəsinin tövsiyələrini, iradlarını hər zaman işdə rəhbər tutacağıq.
Mirbaba Hüseynov
Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədri
Rəylər
0 Rəy