Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-10-2024 , 09:36

511

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Adil Əhmədov: “Bələdiyyələrin büdcə gəlirlərində ciddi artımlar hiss edilməkdədir”

“Bələdiyyələrin büdcə gəlirlərinin artırılması üçün  Bələdiyyələrin milli  assosiasiyaları və “Bələdiyyələrə onlayn xidmət” mərkəzi var qüvvəsiylə çalışır”- bu fikirləri Belediyye.infoya “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin direktoru Adil Əhmədov deyib.

Mərkəz direktorunun sözlərinə görə, cari ilin üçüncü rübü ərzində paytaxt bələdiyyələrinin büdcə gəlirlərində ciddi artım hiss edilməkdədir.  Bu istiqamətdə aparılan təhlillərə görə, Səngəçal bələdiyyəsi 3 dəfə, Zığ bələdiyyəsi 2.8 dəfə, Ələt rayonu 2.7 dəfə, Bülbülə bələdiyyəsi 2.6 dəfə,  Səbail bələdiyyəsi 2.4 dəfə, Şüvəlan bələdiyyəsi  2.2 dəfə, Buzovna bələdiyyəsi 2 dəfə,  Qala bələdiyyəsi 88%,  Yeni Suraxanı  bələdiyyəsi 87 %, Nərimanov bələdiyyəsi  84 %,  Əhmədli bələdiyyəsi 80%,  Biləcəri  bələdiyyəsi  78%,  Şağan bələdiyyəsi 74.4 %, Mərdəkan bələdiyyəsi 74 % və Qaraçuxur bələdiyyəsi 73 % -lə sırada birinci onbeşlikdə yer tutur.

Hər halda paytaxt bələdiyyələrində ciddi artımlar hiss edilməkdədir. Və bu da BAMS proqramının Əmlak Məsələri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsiylə bağlıdır.

Hər halda bütün bələdiyyələr inteqarsiyanın verdiyi imkandan yararlanaraq büdcə gəlirlərində artıma nail olmalıdırlar. Büdcə gəlirlərinin artımı isə bütün hallarda vətəndaşın probleminin həlli deməkdir. 

Adil Əhmədov bildirib ki, ölkə şəhərləri arasında isə ilk yeri Saatlı bələdiyyəsi tutur. Belə ki, cari ilin uçuncu rübü ərzində Saatlı bələdiyyəsi büdcə gəlirlərini 7 dəfəyədək artıra bilib. Sıralamada sonrakı yerləri  Xızı 6 dəfə, Masallı 4.5 dəfə, Cəlilabad 4 dəfə, Qovlar 3 dəfə, Xırdalan 2.8 dəfə, Zərdab 2.6, Qəbələ 2.5 dəfə, Səbail  2.4, Sumqayıt 2.3 dəfə, Mingəçevir 2.2 dəfə, Qax 2.1 dəfə, Şabran 2 dəfə, Goranboy 89 faiz artıra bilib.

Bir çox bələdiyyələr bu sırada yer almasalar da hər halda müəyyən mənada hər bir bələdiyyədə artım hiss edilməkdədir.

Ölkə qəsəbələri arasında isə cari ilin uçuncu rübü ərzində ilk onbeşlyi bu bələdiyyələr tutub:

Sarısu bələdiyyəsi 20 dəfə (Beyləqan), Guzdək bələdiyyəsi 14 dəfə (Abşeron), Aşağı Nüvədi bələdiyyəsi 11 dəfə (Lənkəran),  Türklər bələdiyyəsi 10 (Beyləqan), İstisu bələdiyyəsi 9 dəfə (Lənkəran), Boradigah bələdiyyəsi 6 dəfə (Masallı), Yuxarı Daşkəsən 5 dəfə (Daşkəsən),  Bahar bələdiyyəsi 4.4  dəfə (Beyləqan), Qarabucaq bələdiyyəsi  3.5 dəfə (Kürdəmir), Qaraçala  bələdiyyəsi 3.4 dəfə (Salyan),  Səngəçal bələdiyyəsi  3.3 dəfə,  Padar bələdiyyəsi 3.2 dəfə (Kürdəmir), Zığ bələdiyyəsi 2.8 dəfə, Ələt rayonu 2.7 dəfə, Bülbülə bələdiyyəsi 2.6 dəfə.

Tövsiyə edərdik ki, hər bir bələdiyyə qanunların  və inteqrasiyanın verdiyi imkandan yararlanmaqla vətəndaş məmnunluğunun  təmin edilməsi istiqamətdə ciddi addımlar atsınlar.   

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər