Sevinc Atayeva: “Ətraf mühitin sağlamlaşdırılması naminə həyata keçirilən aksiyaların gələcəkdə miqyasının genişləndirmək niyyətindəyik”
“Ölkəmizdə
həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf
mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə
təmin etməkdir”-bu fikirləri Xəzər rayonu Şağan bələdiyyəsinin sədri Sevinc
Atayeva deyib.
Şağan
bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz qəsəbənin yaşıllıq
zolağını daha da genişləndirmək, qəsəbənin ekoloji tarazlığını bərpa etmək,
insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Bununla
bağlı bələdiyyə bu günlərdə daha bir
layihəni icra edib. Belə ki, Mərdəkan
prospektinin qəsəbə ərazisindən keçən hissəsində çoxsaylı dekorativ gül kolları əkilərək
aqrotexniki qulluq göstərilmişdir.
Qeyd edək ki, sözügedən ərazidə mütəmadi olaraq abadlıq işləri aparılır, ekoloji tələblərə uyğun yaşıllığa aqrotexniki qulluq göstərilir, eyni zamanda dekorativ ağac və kollar əkilərək qeyd olunan yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Belediyye.info
Xanım
sədr bildirib ki, ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin
yaxşılaşdırılması naminə həyata keçirilən belə nəcib aksiyaların gələcəkdə
miqyasının genişləndirilərək daha böyük ərazini əhatə etməsi nəzərdə tutulub.
Rəylər
0 Rəy