Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-05-2024 , 21:59

2137

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bülbülə bələdiyyəsi də məhz bu sırada özünə yer tutub

Son dörd aya yaxın bir vaxt ərzində hər hansı formada xəbər etmədən bələdiyyələri ziyarət edirəm.

Məqsəd isə bələdiyyələrin fəaliyyətiylə daha yaxından tanış olmaq və onların seçicilərinə olan münasibətinin hansı səviyyədə olmasına aydınlıq gətirməkdir. Ziyarətində olduğum yerlərin demək olar ki, səksən faizində bələdiyyələrin, xüsusəndə onların vergi xidmətinin fəaliyyətdə olduğunun şahidi oldum.

Fəaliyyəti diqqətimi çəkən bələdiyyələrlə bağlı fikirlərimi geniş şəkildə ifadə etmişəm və bunu həm də özümə borc saymışam. Görülən işlər təqdim və təqdir edilməlidir. Etiraf edək ki, bu  gələcəkdəki səmərəli fəaliyyət üçün həm də bir stimuldur.

Ziyarətində olduğum bələdiyyələrin siyahısını təqdim edirəm: Səbail, Badamdar, Binəqədi qəsəbə, Biləcəri, Xocasən, Yasamal, Xətai, Əhmədli, Keşlə, Nizami, Lokbatan, Sahil, Nardaran, Maştağa, Ramana, Sabunçu, Kürdəxanı, Mərdəkən, Şağan, Şuvəlan, Qala , Zirə, Türkan, Binəqədi, Goradil, Fatmayı, Bülbülə, Zığ, Hövsan, Qaracuxur, Nəsimi,  Nərimanov, Binə və  Binəqədi.

***

Ziyarəti davam etdirirəm. Növbəti dəfə Bülbülə bələdiyyəsinin ziyarətində oldum. Səssiz-səmirsiz şəkildə bələdiyyənin inzibati binasına daxil oluram. Hər kəs iş başında idi. Vergi müfəttişləri bildirisləri muzakirə  edir, sakinlər sədrin qəbulunda növbə gözləyirdi. Uzun illərdən bəri tanıdığım bələdiyyə sədri Natiq Həsənovla görusum gözlədiyimdən də yaxşı alındı. Çünki verilən suallara, qaldırılan məsələlərə həm özünün, həm də xanım bələdiyyə qulluqçusunun ekspromt cavabları çox məqamlardan  xəbər verirdi. Bələdiyyənin xanım əməkdaşının yaranan suallara çox dəqiqliklə və operativ şəkildə  cavab verməsi məni həqiqətən təəccübləndirdi. Sədrlə yanaşı bələdiyyə qulluqçusunun bu hazırcavablığı diqqətimi çəkdi. Deyərdim ki, belə qulluqçusu olan bələdiyyənin hər hansı problemi olmaz.

Natiq Həsənovla bir xeyli söhbətim oldu. Sədr  bir çox suallara aydınlıq gətirdi. Diqqətimi isə "inteqrasiya" məsələsinə olan münasibəti oldu. Sədrin fikirlərinin bəzi məqamlarını olduğu kimi təqdim edirəm:

-Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun təşkilatçılığı, milli bələdiyyə assosiasiyalarının və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin yaxından iştirakıyla  yenilənmiş BAMS proqramının Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bizim bələdiyyə üçün düşərli olub. Ötən ilin ilk dörd ayı ərzində əgər Bülbülə bələdiyyəsinin 18.703 manat büdcə gəliri olmuşdursa, cari ilin dörd ayı ərzində bu rəqəm 33.610 manat olub ki, bunun da 28.152 manatını əmlak vergisi təşkil edir.

Ötən il ərzində əldə etdiyimiz 78.794 manatlıq büdcənin 59.509 manatı əmlak vergisi təşkil etmişdi. Bu templə cari ildə əldə edəcəyimiz maliyyə vəsaitinin həcmi 110 min manatı keçəcəyini gözləyirik.

Cari ili ilk dprd ayı ərazində inteqrasıyanın yaratdığı imkandan istifadə edərək 310 əmlak sənədinin alınmasıyla bağlı müraciət edilib. Bu istiqamətdən isə 10 min manata yaxın vəsaitin daxil olacağı gözlənilir.

Borclu vergi ödəyicilərlə bağlı məlumatlar dəqiqləşdirilərək qanunamüvafiq qaydada icra  şöbəsinə göndərilir. Vergi müfəttişlərinin daim sakinlərlə görüş keçirir.

Sədr sonda bildirdi ki, hazırda əsas problemimiz ərazimizdə sənədiz mənzillərin kifayət qədər olmasıdır. Mənzillərin sənədləşdirilməsi bələdiyyənin büdcə gəlirinin 100 faiz artımına səbəb olacaq.

Bələdiyyə-icra münasibətlərinə toxunan sədr qeyd edib ki, bütün hallarda bələdiyyənin həyata keçirdiyi layihələrin  bir çoxu məhz icra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir.

Bu gün əsas vəzifələrimizdən biri də vətəndaş məmnunluğunun təmin edilməsidir. Həyata keçirdiyimiz layihələrin hər  biri məhz  bu məqsədlə yerinə yetirilir.

***

Beləliklə, daha bir bələdiyyənin kollektivi ilə sağollaşıb ayılıram. Belə qənaətə gəlirəm ki, sədr yerində olanda  bələdiyyə saat mexanizmi kimi çalışır və sakinin üzləşdiyi problemlərin hər birinin həllinə sürətli şəkildə nail ola bilir.

Xoş bir haldır ki, Bülbülə bələdiyyəsi də məhz bu sırada özünə yer tutub.

Vüqar Tofiqli

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər