Zirə qəsəbəsində vətəndaş qəbulu keçirilib
Bu gün
Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Anar Hüseynli bələdiyyənin inzibati binasında vətəndaş qəbulu
keçirib, onların müraciətlərini dinləyib.
Bələdiyyə
sədri qəbulda vətəndaşları
narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Anar Hüseynli müraciətlərin qısa müddətdə araşdırılaraq bələdiyyəyə
aid olan məsələrlə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar
verib. Vətəndaşlar tərəfindən qaldırılan
məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər
isə nəzarətə götürülüb. Qəbulda iştirak edən Fuad Əliyev və digərləri onlara
göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Bələdiyyədən
bildiribər ki, hər gün qəsəbənin 5-8 sakini bu və digər məsələlərlə bağlı bələdiyyəyə müraciət edirlər.
Mürəciət edən qəsəbə sakinlərinin hər biri bələdiyyə sədri və rəsmiləri tərəfindən
qəbul edilərək müraciətləri dinlənilir. Bələdiyyə vergilərinin ödənişiylə bağlı
məqamlara vergi xidmətinin əməkdaşları aydınlıq gətirərək həlliylə bağlı
addımlar atırlar.
Bununla
bağlı Belediyye.info açıqlama verən sədr Anar Hüseynli deyib ki, bələdiyyənin əsas
vəzifəsi bu gün vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır. Odur
ki, əldə etdiyimiz maliyyə vəsaitinin xeyli
bir qismini məhz sakinləri narahat edən məsələlərin həllinə yönəldirik.
Belediyye.info
Rəylər
0 Rəy