Təmraz Tağıyev: “İnzibati binamızla bağlı bələdiyyə üzvlərində yaranan suallara məhkəmə instansiyası niyə cavab vermək istəmir”
Nərimanov Bələdiyyəsinin inzibati bina məsələsiylə bağlı məhkəmə
çəkişməsi iki ilə yaxındır ki davam edir. Məhkəmə prosesinin bu gün hansı vəziyyətdə
olmasıyla bağlı Nərimanov Bələdiyyəsinin
sədri Təmraz Tağıyevə müraciət etdik.
Məsələ ilə bağlı, Təmraz Tağıyev bildirib ki, hazırda Bakı İnzibati Məhkəməsinin
2-1(112)-6614/2023 saylı, 13. 11. 2023-cü il
tarixli qərardadından Bakı Apellyasiya
Məhkəməsinin İnzibati
Kollegiyasına Apelyasiya şikayətiylə müraciət edilib.
Qeyd etməlıyəm ki, bu gün məhkəmə prosesində maraqlı bir vəziyyət
yaranıb. Belə ki, 06 fevral 2023-cü il
tarixdə Bakı İnzibati Məhkəməsində Nərimanov bələdiyyəsi tərəfindən qaldırılan
iddia ərizəsiylə bağlı qərarı, təsəvvür edin ki, doqquz ay sonra, yəni 13.11 2023-cü ildə
tarixli qərardadı ilə iddia tələbi baxılması mümkün sayılmamışdır. Anlaşılan
deyil ki, məhkəmə instansiyası hansı səbəbdən iddiaya maksimum on günə baxıb fikir bildirmək əvəzinə
doqquz aydan sonra baxıb iddiaya baxılmasını mümkünsüz hesab edib. Maraqlıdır,
deyilmi. Ötən müddət ərzində məhkəmə instansiyasının təmsilçiləri nəyi və yaxud
kimi gözləyiblər?
Əmlak məsələri Dövlət Xidməti hansısa formada, əslində qanuna
zidd olaraq, həyata keçirdyi alqı- satqı əməliyatı zamanı 1209 kv.metrlik ərazini
hansı əsasla 900.000 manat sənədləşdirib. Halbuki şəhərin mərkəzi hesab edilən
bu ərazidə torpağın bir sotunun dəyəri 100.000 manatdan artıqdır.
Üstəlik sual olunur, ərazini
bizim qanunsuz hesab etdiyimiz sənədlərdə adıkeçən Natiq Əliməmmədov
kimdir və alqı-satqı zamanı ödədiyi pulun, yəni 900.000 manatı hansı yollarla əldə
etməsi barədə müvafiq orqanda məlumat varmı. Ümumiyyətlə məhkəmə bu məqamla niyə
maraqlanıb Natiq Əlimməmədovu məhkəmə prosesinə cəlb edə bilmir və ya cəlb etmək marağında
deyil. Yəni bu alqı-satqı prosesində ciddi hüquq pozmaların olması
konkretdir. Və biz təəssüf edirik ki, məhkəmə bu məqama toxumadan ötüb keçir.
Təəssüf ki, bu gün görünən odur ki, inzibati binamızla bağlı bələdiyyə üzvlərində yaranan
suallara məhkəmə instansiyalarında çalışanlar hansısa maraq naminə cavab tapa bilmirlər.
Biz bir bələdiyyə olaraq ölkəmizdə ədalətin zəfər
çalacağına, iki ildən artıq müddətdə
davam edən məhkəmə prosesinə aydınlıq gətiriləcəyinə inanırıq.
Hər halda Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun təyinatından sonra məhkəmə-hüquq sistemində yeni dövrün başlandığına inandığımızdan bu məsələnin də diqqətdə saxlanılacağına inanır və nəticə etibarıylə ədalətli qərar veriləcəyini ümidlə gözləyirik.
Belediyye.info
Rəylər
0 Rəy