Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-10-2023 , 17:59

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri yeni vəzifəyə seçilib: ƏRAZİ PARTİYA TƏŞİKLATININ TƏSİS YIĞINCAĞI KEÇİRİLİB

Bu gün Sabunçu rayonu Bakıxanov bələdiyyəsində YAP-ın Sabunçu təşkilatının Bakıxanov qəsəbəsi üzrə ərazi təşkilatının təsis yığıncağı keçirilib.
Yığıncaqda YAP-Sabunçu təşkilatının sədri Araz Xudadanov, Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov, YAP-ın Sabunçu təşkilatının rəsmiləri və Bakıxanov bələdiyyəsinin üzv və qulluqçuları iştirak ediblər.
Tədbirdə təşkilatın sədri Araz Xudadanov ölkəmizdə son aylarda həyata keçirilən layihələrdən danışaraq ölkəmizİn inkişafı naminə ölkə başçısı İlham Əliyevin fəaliyyətinə partiya üzvlərinin yüksək dəyər verdiyini qeyd edib.
Tədbirdə təşkilat sədri qəsəbə üzrə ərazi qurumunun təsis edilməsini yüksək qiymət verərək bu addımı təqdirdəlayiq hal hesab edib və bələdiyyə sədri Ramiz Nəsibovun ərazi pratiya təşkilatının sədri vəzifəsinə namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul olunub.
Ramiz Nəsibov ona göstərilən etimada görə təşəkkürünü bildirərək üzərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəyinə söz verib.
İclasda digər məsələlərdə müzakirə edilərək qərar qəbul edilib.
Bununla da ərazi partiya təşkilatının təsis yığıncağı baş çatıb.
Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər