Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-06-2023 , 09:09

1260

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

"Şahmat turniri"   Binəqədi bələdiyyəsinin təşkilatçılığı keçirilib

15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Binəqədi Bələdiyyəsinin və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Şahmat turniri" keçirilib. Bu barədə məlumat adıçəklilən bələdiyyədən daxil olub. 

Təşkil olunmuş turnirdə iştirak edən məktəblilər arasında qalib gələn iştirakçılara diplomlar və müxtəlif hədiyyələr təqdim olunub. 

Tədbirdə çıxış edən Binəqədi rayon Bələdiyyəsinin sədri Mürsəl Eminov və Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi rayon İcra Hakimiyyəti Ərazi İdarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi İbrahim Soltanov  yarışda  iştirak edən məktəbliləri təbrik etdilər və Azərbaycanın zəngin şahmat ənənələrinin yaranmasında Ulu Öndərin müstəsna xidmətləri olduğunu, eyni zamanda həmin ənənələr əsasında respublikamızda adlı-sanlı şahmatçılar yetişdiyini hazırda da bu idman sahəsinin hərtərfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirdilər. 

Sonda tədbirdə iştirak edən məktəblilərlə xatirə fotoları çəkildi. 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər