Xanım bələdiyyə qulluqçusu “Fəxri Fərmanla ” təltif edilib
Sabunçu rayonu Bilgəh bələdiyyəsininin inzibati binasında bələdiyyənin sədri Kamandar Zeynalovun, bələdiyyənin digər üzv və qulluqçularının, həmçinin Belediyye.info MMC-nin təsisçisi Vüqar Tofiqlinin iştirakıyla keçirilən görüşdə bələdiyyələrin fəaliyyətinin təbliği məsələləri, Belediyye.info ilə əməkdaşlıq əlarələrinin inkişafı geniş müzakirə edilib.
Görüşdə həmçinin Bilgəh bələdiyyəsinin baş mühasibi Mətanət Tofiq qızı Mövsümova uzun illər təmsil olunduğu bələdiyyənin maliyyə imkanlarının artmasında səmərəli fəaliyyətinə və Belediyye.info ilə əməkdaşlıq əlaqələrinin qurulmasındakı roluna gorə Belediyye.info MMC-nin “Fəxri Fərmanıyla” təltif edilib.
Görüşdə Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov bələdiyyənin həyata keçirdiyi layihələrdən, habelə bələdiyyə-icra münasibətlərinin artan xətt üzrə inkişafından danışaraq Belediyye.info internet resursunun fəaliyyətinə yüksək qiymət verib.
Bilgəh bələdiyyəsinin baş mühasibi Mətanət Mövsümova bu təltifi Bilgəh bələdiyyəsinin ümumi fəaliyyətinə verilən qiymət kimi qəbul etdiyini bildirib.
Qeyd edək ki, Belediyye.info MMC üçüncü ildir ki, may ayının 25-nə kimi, yəni fəaliyyətə başladığı günə qədər fəaliyyətində fərqlənən bələdiyyə qulluçularını fəaliyyətlərini təhlil edərək, fərqlənənləri təltif edir. İlk olaraq bu mükafata Buzovna bələdiyyəsindənı Vüsal Poladov, Şuvəlan bələdiyyəsindən Rizvan Rəhimov təltif ediliblər.
Belediyye.info
Rəylər
0 Rəy