Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-05-2023 , 22:20

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Abdulla Məmmədov: “Məqsədimiz ən fəal bələdiyyələr sırasında olmaqdır” 

“Cari ildə Zığ bələdiyyəsi olaraq ciddi layihələrə imza atmaq niyyətindəyik. Bunun üçün hazırda bütün fəaliyyətimiz bələdiyyənin vergi-uçot sistemini təkmilləşdirməklə büdcə gəlirlərimzi artırmağa yönəlib”- bu fikirləri Suraxanı rayonu Zığ bələdiyyəsinin yeni seçilmiş sədri Abdulla Məmmədov bildirib.

Sədrin sözlərinə görə, nəzərə almalıyıq ki, biz 2019- cu il bələdiyyə seçkilərində qalib olarkən və 2020-ci ilin yanvarında keçirilən ilk iclasda artıq kifayət qədər borclanmış bir bələdiyyənin yükünü öz üzərimizə götürdük. 

Və bu illər ərzində əsas məqsədimiz bələdiyyənin DSMF borclarını bağlamağa yönəldi. Və müəyyən mənada əvvəlki illərdə sədr müavin olaraq nail ola bidlik. Bu gün biz fəaliyyətimizlə seçiçilərimizə verdiyimiz sözü əməl etmək üçün ciddi layihələrə imza atmaq niyyətindəyik. Həm bələdiyyə parkının salınması , həm də büdcə gəlirlərini artırmaq üçün əlavə maliyyə istiqamətlərini müəyyən etmək üçün müzakirələr aparmağa başlamışıq.

Ümid edirik ki, qarşımıza qoyulan tapşırııq və tövsiyələri icra etməklə bizə göstərilən etimadı doğrulda biləcəyik. 

Hazırda əsas məqsədimiz ən fəal bələdiyyələr sırasında olmaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər