Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-05-2023 , 21:52

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Balaxanı bələdiyyəsinin təşkilatçılığı “Zəfər festivalı” keçirilib

Sabunçu rayonunun Balaxanı qəsəbəsində Balaxanı bələdiyyəsinin təşkilatçılığı, Milli Aviasiya Akademiyası, “AzeRobot Education Robototexnika” tədris mərkəzi, “Hobbi Model” mağazalar şəbəkəsi, “Hədəf” liseyi, 287 saylı Zəkalar liseyi və Xəzər Universitetinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Zəfər festivalı” keçirilib. 

Festivalda tələbə və gənclərin, şagirdlərin təşəbbüsü ilə hazırlanan təyyarə modelləri, dronlar nümayiş olundu, xüsusi hazırlanan robotlar təqdim edilib. Bu barədə məlumat Balaxanı bələdiyyəsindən daxil olub.

Festivalın xüsusi hazırlanan uçuş zonasında təyyarə və dronların sınağı həyata keçirilib. Sərgi zonasında isə avtomobillər, tank modelləri, müxtəlif robotlar nümayiş olunub. 

Festivalın keçirilməsində məqsəd yeniyetmə və gənclərdə bu sahəyə maraq artırb.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər