Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-04-2023 , 11:19

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Bu gün əsas fəaliyyətimiz vətəndaş məmnunluğunu təmin etmək üçün büdcə gəlirlərmizi artırmağa yönəlib”

“Bu gün əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etmək üçün büdcə gəlirlərmizi artırmağa yönəlib. Bunun üçün bələdiyyənin maliyyə dəstəyi ilə  çoxprofilli traktor  alınmışdır. Həmçinin  əvvəlki illərdə  bələdiyyənin maliyyəsiylə inşa edilmiş mərasim evini daim  işlək vəziyyətdə saxlanılmasına çalışır  və bü günkü tələblərə cavab verməsi üçün var qüvvəmizlə çalışırıq”- bu fikirləri Qaradağ rayonu Lökbatan bələdiyyəsnin sədri Rasim Əhmədov bildirib.

Sədrin sözlərinə görə, büdcə gəlirlərimizi əvvəlki illərlə müqayisədə bir xeyli artımış olsaq da, ərazimizdə sənədsiz mənzillərin sayçoxluğunun olması fəaliyyətimizə  problem yaradan amillərdəndir.

Cari ildə bir sıra layihələrin icrasına nail ola bilmişik. Ərazimizdə olan şəhid və qazi ailələri, habelə aztəminatlı  ailələrin sosial məişət qayğılarının həllində bələdiyyə olaraq daim çalışırıq.

Onlar tərəfindən qaldırılan hər bir məsələ bələdiyyə iclasına çıxarılaraq həlli barədə müsbət qərar qəbul edilir.

Cari ildə həyata keçirilən layhələrə toxunan sədr bildirib ki,  bu günlərdə qəsəbə ərazisində  Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib. Bələdiyyə üzvlərinin və qulluqçularının və qəsəbə sakinlərinin iştirakıyla keçirilən aksiyada yüz kuknar və “Eldar şamı” ağacı və  çoxaylı dekorativ gül kolları əkilərək aqrotexniki qulluq göstərilmişdir.

Sədr sonda bildirib ki,  bu gün büdcə gəlirlərimizi artırmaq üçün bələdiyyə iclası tərəfindən  ciddi addımların atılması qərara alınıb. Ərazimizdəki avtodayancaqlardan və mehmanxanaları vergiyə cəlb etmək üçün strateji proqram hazırlamışıq.  

Bununla yanaşı bələdiyyənin vergi xidməti əhali arasına ciddi maarifləndirmə işləri aparır.

Belediyye.info 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər