Binəqədi rayonu Xocasən bələdiyyəsi qəsəbə ərazisində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib.
Xocəsən bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivində yerləşən şəhid və qazi ailələrinin yaşadıqları şəhərcikdə baş tutub.
Şəhid və qazi ailələrinin, eləcə də bələdiyyə qulluqçularının iştirakı ilə keçirilən tədbirdə 150 ədəd ağac əkilib.