Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-11-2026 , 20:06

154

Son xəbərlər

Bütün xəbərlər

Ədliyyə nazirliyində videoqəbul keçirilib

Gündəlik Xəbərlər
26-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ağaəli Məsimov: “Əldə olunan vəsait sakinlərin qaldırdığı problemlərin həllinə yönəldilir”


“Bələdiyyələrin Vahid İnformasiya Sistemi”nin yaratdığı imkanlardan istifadə etməklə büdcə gəlirlərini artırmağa çalışırıq. Əgər doqquz ay ərzində büdcə gəlirlərində 16,03 faiz artım qeydə alınmışdısa, on ayın sonunda bu göstərici 22 faizə çatıb. Bir ay ərzində əldə olunan altı faizlik artım kollektivimizin birgə səyi nəticəsində mümkün olub.

Bu fikirləri Belediyye.info saytına Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov bildirib.

Sədrin sözlərinə görə, ötən ilin on ayı ərzində 123.728 manat büdcə gəliri əldə edildiyi halda, cari ilin eyni dövründə bu rəqəm 150.851 manata çatıb.

Hazırda vergi xidməti bələdiyyənin vergi-uçot sistemindəki boşluqların aradan qaldırılması, eləcə də vergi ödəyiciləri barədə məlumatların dəqiqləşdirilməsi istiqamətində iş aparır. Nəzərə alınmalıdır ki, növbəti ildən etibarən vergi ödəyicilərinə bildirişlər onlayn qaydada göndəriləcək.

Sədr vurğulayıb ki, əldə olunan vəsait, nəticə etibarilə, sakinlərin qaldırdıqları problemlərin həllinə yönəldilir.

Əhalinin həssas təbəqəsinə maddi dəstəyin göstərilməsi, həmçinin şəhid və qazi ailələrinin sosial-məişət qayğılarının həlli istiqamətində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə mütəmadi olaraq layihələr həyata keçirilir.

Bununla yanaşı, məhəllədaxili küçələrdə yaranan problemlərin həlli də bələdiyyə tərəfindən həyata keçirilir. Sakinlərin müraciəti əsasında Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsində, 113 saylı məktəbin qarşısında kanalizasiya lyukunda yaranmış problem bələdiyyənin dəstəyi ilə aradan qaldırılıb.

Ağaəli Məsimov daha sonra qeyd edib ki, qəsəbənin inzibati ərazisi daxilində vətəndaş məmnunluğunun təmin olunması üçün kollektiv bütün gücü ilə çalışır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
1124