Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-11-2026 , 00:14

95

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tərlan Məmmədov: “Bələdiyyənin əsas prioriteti DSMF borcunun tam ödənilməsidir”


Müşfiqabad bələdiyyəsinin qarşıya qoyduğu əsas vəzifələrdən biri illər əvvəl yığılıb qalmış DSMF borcunun mərhələli şəkildə azaldılması və tamamilə bağlanılmasıdır. Təəssüf ki, bu istiqamətdə göstərdiyimiz səylərə baxmayaraq, borcun həcmi hələ də kifayət qədər yüksəkdir. Bununla belə, əldə etdiyimiz nəticələr bizi daha əzmlə çalışmağa sövq edir.

Bu fikirləri Qaradağ rayonu, Müşviqabad bələdiyyəsinin sədri Tərlan Məmmədov deyib.

Sədr qeyd edib ki, fəaliyyətə başladığımız ilk gündən etibarən diqqətimizi, ilk növbədə, bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsinə, vergi - uçot sisteminin təkmilləşdirilməsinə və yerli büdcə daxilolmalarının artırılmasına yönəltmişik. Hesab edirik ki, mövcud maliyyə öhdəliklərinin yerinə yetirilməsi üçün ilk növbədə dayanıqlı gəlir mənbələri formalaşdırılmalıdır.

Atılan addımlar artıq öz müsbət nəticəsini göstərir. Belə ki, ötən ilin ilk on ayında 27.160 manat təşkil edən büdcə gəlirləri cari ilin eyni dövründə 34.469 manata yüksəlib. Bu isə 7.309 manat və ya təxminən 27 faizlik artım deməkdir.

Təbii ki, müəyyən obyektiv və subyektiv səbəblərdən gəlirlərin artım dinamikasında dəyişikliklər müşahidə oluna bilər. Lakin bu, müəyyənləşdirdiyimiz hədəflərdən geri çəkilməyimizə əsas vermir. Əksinə, mövcud imkanları daha səmərəli dəyərləndirmək, vergi uçotunu daha da təkmilləşdirmək və büdcə gəlirlərinin artırılması istiqamətində fəaliyyətimizi gücləndirmək niyyətindəyik.

Biz əldə olunan nəticələri müsbət qiymətləndirsək də, bununla kifayətlənmək fikrində deyilik. Çünki əsas məqsədimiz sadəcə rəqəmlərdə artıma nail olmaq deyil, bələdiyyənin maliyyə dayanıqlığını təmin etmək, illərdən qalan borc yükünü aradan qaldırmaq və qarşıdakı dövr üçün daha sağlam maliyyə bazası formalaşdırmaqdır.

Sədr əmin olduğunu bildirib ki,  ardıcıl və məqsədyönlü fəaliyyət, şəffaf idarəetmə və büdcə gəlirlərinin artırılması istiqamətində atılan addımlar bizi qarşıya qoyduğumuz hədəfə daha da yaxınlaşdıracaq. Çətinliklər bizi ruhdan salmır. İşimizi davam etdirir, nəticələrə söykənərək irəliyə doğru addımlayırıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər