Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2026 , 22:16

141

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Şüvəlan bələdiyyəsinin təşkilatçılığı ilə "Sülh aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Beynəlxalq Sülh Günü ərəfəsində elan olunmuş 21 avqust – 21 sentyabr "Sülh aylığı" çərçivəsində Şüvəlan bələdiyyəsi və Şüvəlan qəsəbə nümayəndəliyi tərəfindən birgə maarifləndirici iclas təşkil edilib.

Tədbirdə cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında sülh mədəniyyətinin aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin gücləndirilməsi, eləcə də tolerantlıq və dialoq mühitinin inkişaf etdirilməsinin mühüm əhəmiyyəti vurğulanıb.

İclasda, həmçinin ayrı-seçkilik, nifrət nitqi, zorakılıq və dözümsüzlüyün bütün təzahürlərinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Şüvəaln bələdiyyəsi 






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1840