Şüvəlan bələdiyyəsinin təşkilatçılığı ilə "Sülh aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Beynəlxalq Sülh Günü ərəfəsində elan olunmuş 21 avqust – 21 sentyabr "Sülh aylığı" çərçivəsində Şüvəlan bələdiyyəsi və Şüvəlan qəsəbə nümayəndəliyi tərəfindən birgə maarifləndirici iclas təşkil edilib.
Tədbirdə cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və
gənclər arasında sülh mədəniyyətinin aşılanması, insan hüquqları və bərabərlik
dəyərlərinə hörmətin gücləndirilməsi, eləcə də tolerantlıq və dialoq mühitinin
inkişaf etdirilməsinin mühüm əhəmiyyəti vurğulanıb.
İclasda, həmçinin ayrı-seçkilik, nifrət nitqi, zorakılıq və dözümsüzlüyün bütün təzahürlərinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Şüvəaln bələdiyyəsi
Rəylər
0 Rəy