Anar Adıgözəlov: “27 Sentyabr – Anım Günü ərəfəsində şəhidimizin adını daşıyan küçədə geniş abadlıq və asfaltlama işləri həyata keçirilmişdir”
“Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yaşatmaq və onların adını daşıyan məkanları abad saxlamaq hər birimizin mənəvi borcudur”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu,Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib. Sədri qeyd edib ki, 27 Sentyabr – Anım Günü ərəfəsində Maştağa Bələdiyyəsi tərəfindən Vətən müharibəsi şəhidi Kamran Quluzadənin adını daşıyan küçədə sakinlərin kollektiv müraciəti əsasında həyata keçirilən növbəti sosial-infrastruktur layihəsi həyata keçirilib.
Sədr bildirib ki, sakinlərdən daxil olan müraciət dərhal nəzarətə
götürülmüş, ərazidə baxış keçirilərək mövcud yol problemləri müəyyən
edilmişdir.
Maştağa Bələdiyyəsinin 11.09.2026-cı il tarixli, 18 saylı
protokolu ilə küçə boyunca əsaslı bərpa və asfaltlama işlərinə qərar
verilmişdir.
Həyata keçirilən tədbirlər
nəticəsində yolun hamarsız və çökmüş
hissələri xüsusi texnikalarla bərabərləşdirilmiş, bünövrənin bərkitmə və altyapı işləri
tamamlanmış və küçə boyunca yeni asfalt örtüyü döşənərək tam istifadəyə
verilmişdir. Aparılan abadlıq tədbirləri
nəticəsində küçədə nəqliyyatın və piyadaların hərəkəti üçün rahat, təhlükəsiz və
müasir standartlara uyğun şərait yaradılmışdır.
Anar Adıgözəlov sonda qeyd edib ki, Maştağa bələdiyyəsi
olaraq Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq qəsəbəmizdə
abadlaşdırma və yenidənqurma işlərimizi əzmkar şəkildə davam etdirəcəyik.
Belediyye.info
Rəylər
0 Rəy