Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2026 , 20:27

118

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “27 Sentyabr – Anım Günü ərəfəsində şəhidimizin adını daşıyan küçədə geniş abadlıq və asfaltlama işləri həyata keçirilmişdir”

“Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yaşatmaq və onların adını daşıyan məkanları abad saxlamaq hər birimizin mənəvi borcudur”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu,Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib. Sədri qeyd edib ki, 27 Sentyabr – Anım Günü ərəfəsində Maştağa Bələdiyyəsi tərəfindən Vətən müharibəsi şəhidi Kamran Quluzadənin adını daşıyan küçədə sakinlərin kollektiv müraciəti əsasında həyata keçirilən növbəti sosial-infrastruktur layihəsi həyata keçirilib.

Sədr bildirib ki, sakinlərdən daxil olan müraciət dərhal nəzarətə götürülmüş, ərazidə baxış keçirilərək mövcud yol problemləri müəyyən edilmişdir.  

Maştağa Bələdiyyəsinin 11.09.2026-cı il tarixli, 18 saylı protokolu ilə küçə boyunca əsaslı bərpa və asfaltlama işlərinə qərar verilmişdir.

 Həyata keçirilən tədbirlər nəticəsində  yolun hamarsız və çökmüş hissələri xüsusi texnikalarla bərabərləşdirilmiş,  bünövrənin bərkitmə və altyapı işləri tamamlanmış və küçə boyunca yeni asfalt örtüyü döşənərək tam istifadəyə verilmişdir.  Aparılan abadlıq tədbirləri nəticəsində küçədə nəqliyyatın və piyadaların hərəkəti üçün rahat, təhlükəsiz və müasir standartlara uyğun şərait yaradılmışdır.

Anar Adıgözəlov sonda qeyd edib ki, Maştağa bələdiyyəsi olaraq Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq qəsəbəmizdə abadlaşdırma və yenidənqurma işlərimizi əzmkar şəkildə davam etdirəcəyik.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər