Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-09-2026 , 19:27

188

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

“Sülh aylığı” çərçivəsində Maştağa bələdiyyəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkəmizdə elan edilmiş “Sülh Aylığı” çərçivəsində Maştağa Bələdiyyəsində sülhün, insan hüquqlarının, qarşılıqlı hörmət və həmrəyliyin təbliğinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Maştağa Bələdiyyəsinin sədri Anar Adıgözəlov, bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.

Tədbirdə çıxış edən Maştağa Bələdiyyəsinin sədri Anar Adıgözəlov sülhün yalnız müharibə və qarşıdurmanın olmaması deyil, eyni zamanda insan hüquq və azadlıqlarına hörmət, qarşılıqlı etimad, tolerantlıq, dialoq və anlaşma mühitinin formalaşması olduğunu vurğulayıb.

Sədr qeyd edib ki, sülh anlayışı hər bir ailədən, hər bir məhəllədən və hər bir vətəndaşdan başlayır. İnsanların bir-birini dinləməsi, fərqli fikirlərə hörmətlə yanaşması, yaranan fikir ayrılıqlarının qarşıdurma deyil, dialoq yolu ilə həll edilməsi cəmiyyətdə sülh mədəniyyətinin möhkəmlənməsinə mühüm töhfə verir.

Çıxış zamanı Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədlərindən biri kimi müəyyən edildiyi diqqətə çatdırılıb. Yerli özünüidarəetmə orqanı olaraq bələdiyyələrin fəaliyyətində qanunçuluq, şəffaflıq, qarşılıqlı hörmət, vətəndaşlarla əməkdaşlıq və açıq dialoq prinsiplərinin əhəmiyyəti xüsusi qeyd olunub.

Anar Adıgözəlov bildirib ki, Maştağa Bələdiyyəsi vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasını, onların problemlərinin dinlənilməsini və mümkün məsələlərin qarşılıqlı dialoq və qanun çərçivəsində həll edilməsini yerli özünüidarəetmənin mühüm istiqamətlərindən biri hesab edir.

Tədbirdə gənclərin sülh mədəniyyətinin formalaşdırılmasında rolu da xüsusi vurğulanıb. Gənclər zorakılıq və ayrı-seçkiliyə qarşı olmağa, fərqli fikirlərə hörmətlə yanaşmağa, problemlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə həllinə, ictimai və sosial layihələrdə fəal iştirak etməyə çağırılıb.

Həmçinin müasir dövrdə sosial şəbəkələrin ictimai münasibətlərə təsiri nəzərə alınaraq, sosial media platformalarında hörmət, məsuliyyət və düzgün informasiya prinsiplərinə riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbirin sonunda qeyd olunub ki, sülh yalnız dövlətlərin və beynəlxalq təşkilatların deyil, hər bir insanın üzərinə düşən mənəvi məsuliyyətdir. Ailədə mehribanlıq, qonşuluqda qarşılıqlı hörmət, ictimai həyatda həmrəylik və insan hüquqlarına hörmət sülh mədəniyyətinin gündəlik həyatımızda təzahürləridir.

“Sülh böyük sözlərdən deyil, kiçik, lakin davamlı və düzgün davranışlardan yaranır.”

Maştağa Bələdiyyəsi olaraq inanırıq ki, belə maarifləndirici tədbirlər cəmiyyətimizdə qarşılıqlı hörmət, etimad, həmrəylik və dialoq mühitinin daha da güclənməsinə xidmət edəcək.

Qoy sülh hər bir ailədə, hər bir məhəllədə, hər bir yaşayış məntəqəsində və bütün ölkəmizdə daim hökm sürsün!

Qoy gələcəyimiz sülh, əmin-amanlıq və firavanlıq üzərində qurulsun!

Yaşasın sülh, həmrəylik və qarşılıqlı hörmət!

Maştağa  bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər