“Sülh aylığı” çərçivəsində Maştağa bələdiyyəsində tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkəmizdə elan edilmiş “Sülh Aylığı” çərçivəsində Maştağa Bələdiyyəsində sülhün, insan hüquqlarının, qarşılıqlı hörmət və həmrəyliyin təbliğinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Maştağa Bələdiyyəsinin sədri Anar Adıgözəlov, bələdiyyə
üzvləri və qulluqçuları iştirak ediblər.
Tədbirdə çıxış edən Maştağa Bələdiyyəsinin sədri Anar Adıgözəlov
sülhün yalnız müharibə və qarşıdurmanın olmaması deyil, eyni zamanda insan
hüquq və azadlıqlarına hörmət, qarşılıqlı etimad, tolerantlıq, dialoq və
anlaşma mühitinin formalaşması olduğunu vurğulayıb.
Sədr qeyd edib ki, sülh anlayışı hər bir ailədən, hər bir məhəllədən
və hər bir vətəndaşdan başlayır. İnsanların bir-birini dinləməsi, fərqli fikirlərə
hörmətlə yanaşması, yaranan fikir ayrılıqlarının qarşıdurma deyil, dialoq yolu
ilə həll edilməsi cəmiyyətdə sülh mədəniyyətinin möhkəmlənməsinə mühüm töhfə
verir.
Çıxış zamanı Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədlərindən biri kimi müəyyən edildiyi diqqətə çatdırılıb. Yerli özünüidarəetmə orqanı olaraq bələdiyyələrin fəaliyyətində qanunçuluq, şəffaflıq, qarşılıqlı hörmət, vətəndaşlarla əməkdaşlıq və açıq dialoq prinsiplərinin əhəmiyyəti xüsusi qeyd olunub.
Anar Adıgözəlov bildirib ki, Maştağa Bələdiyyəsi vətəndaşların
müraciətlərinə diqqətlə yanaşılmasını, onların problemlərinin dinlənilməsini və
mümkün məsələlərin qarşılıqlı dialoq və qanun çərçivəsində həll edilməsini
yerli özünüidarəetmənin mühüm istiqamətlərindən biri hesab edir.
Tədbirdə gənclərin sülh mədəniyyətinin formalaşdırılmasında
rolu da xüsusi vurğulanıb. Gənclər zorakılıq və ayrı-seçkiliyə qarşı olmağa, fərqli
fikirlərə hörmətlə yanaşmağa, problemlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə
həllinə, ictimai və sosial layihələrdə fəal iştirak etməyə çağırılıb.
Həmçinin müasir dövrdə sosial şəbəkələrin ictimai münasibətlərə
təsiri nəzərə alınaraq, sosial media platformalarında hörmət, məsuliyyət və
düzgün informasiya prinsiplərinə riayət edilməsinin vacibliyi diqqətə
çatdırılıb.
Tədbirin sonunda qeyd olunub ki, sülh yalnız dövlətlərin və
beynəlxalq təşkilatların deyil, hər bir insanın üzərinə düşən mənəvi məsuliyyətdir.
Ailədə mehribanlıq, qonşuluqda qarşılıqlı hörmət, ictimai həyatda həmrəylik və
insan hüquqlarına hörmət sülh mədəniyyətinin gündəlik həyatımızda təzahürləridir.
“Sülh böyük sözlərdən deyil, kiçik, lakin davamlı və düzgün
davranışlardan yaranır.”
Maştağa Bələdiyyəsi olaraq inanırıq ki, belə maarifləndirici
tədbirlər cəmiyyətimizdə qarşılıqlı hörmət, etimad, həmrəylik və dialoq
mühitinin daha da güclənməsinə xidmət edəcək.
Qoy sülh hər bir ailədə, hər bir məhəllədə, hər bir yaşayış
məntəqəsində və bütün ölkəmizdə daim hökm sürsün!
Qoy gələcəyimiz sülh, əmin-amanlıq və firavanlıq üzərində
qurulsun!
Yaşasın sülh, həmrəylik və qarşılıqlı hörmət!
Maştağa bələdiyyəsi
Rəylər
0 Rəy