Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-08-2026 , 21:28

103

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi şəhidlərin xatirəsini hər zaman uca tutur”

“Maştağa bələdiyyəsi hər zaman torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hər zaman uca tutur, onların məzarları ziyarət olunur, xatirələri əbədiləşdirilir, o cümlədən yaşadıqları küçə və meydanlar abadlaşdırılır” – bu fikri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov Maştağa qəsəbəsinin şəhidi Babayev İlkin Oqtay oğlunun ailə üzvlərini qəbul edərkən deyib.

Sədr qeyd edib ki, yaxın günlərdə bələdiyyənin maliyyə dəstəyi ilə şəhidin yaşadığı küçəyə asfalt vurulması da planlaşdırılır.

Bununla yanaşı Maştağa Şəhidlər Xiyabanı və ona bitişik ərazilərin təmizliyi bələdiyyənin diqqətindədir. Əraziyə bələdiyyə tərəfindən əkilən ağaclara mütəmadi olaraq aqrotexniki qulluğun göstərilməsi, habelə xiyabanın ətrafına çəkilən hasarda cari təmir işlərinin aparılması cari ildə  həyata keçirilən layihələrdəndir.  

Görüşdə şəhid  İlkin Babayevin döyüş yolundan, onun cəbhə xəttinin Ağdam rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən 25 iyun 2017-ci ildə qəhrəmancasına şəhid olduğu və   Maştağa Şəhidlər Xiyabanında dəfn olunduğu qeyd edilmişdir.

Sədr Anar Adıgözəlov qeyd edib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinin hörmətlə yad edilməsi və gələcək nəsillərə ötürülməsi bu gün  dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram göstərilməsi Maştağa bələdiyyəsində  prioritet məsələ olaraq  daim diqqət mərkəzində saxlanılır.

Görüşdə şəhid İlkin Babayevin anası ölkəmizdə şəhid ailələlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər