Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-08-2026 , 18:52

265

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nərimanov rayonunda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev şəhidimiz Hüseynov Kamranın ailəsini ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Torpaqlarımızın işğaldan azad olunması, tarixi Zəfərin qazanılması uğrunda böyük şücaət göstərərək canını Vətən yolunda fəda edən igidlərimizdən biri də şəhid Hüseynov Kamran Bəhmən oğludur. Hüseynov Kamran 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi məqsədilə başladığı Vətən müharibəsində iştirak etmiş, Füzuli istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. O, 1 oktyabr 2020-ci ildə Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
3532