Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-08-2026 , 21:25

165

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “ Bu dəyişiklik  yeni idarəetmə strukturunun formalaşdırılması istiqamətində atılan mühüm addımlardandır”

Xətai bələdiyyəsində fəaliyyətin səmərəli təşkili, vergi və ödənişlər üzrə işlərin operativ aparılması, həmçinin vergi ödəyicilərinin uçot-qeydiyyat işlərinin təkmilləşdirilməsi məqsədilə yeni struktur dəyişiklikləri həyata keçirilib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.

Sədrin sözlərinə görə, struktur dəyişikliyi ilə bağlı məsələ blədiyyə üzvlərinin ümumi iclasında müzakirəyə çıxarılıb. İclas zamanı struktur dəyişikliklərin edilməsi və Vergi Xidməti orqanının yaradılması ilə bağlı məsələ nəzərdən keçirilib və müvafiq qərar qəbul edilib.

Qəbul edilmiş qərara əsasən, Vergi Xidməti orqanında yeni vəzifə təyinatları həyata keçirilib: Elşən Nabatəliyev -vergi xidməti orqanının rəisi,  Həmid Həmidov  vergilər sektorunun müdiri,  Natiq Sayadov - ödənişlər sektorunun müdiri -

Təranə Əfəndiyeva-uçot-qeydiyyatı sektorunun müdiri təyin edilib.

Yeni strukturun yaradılması vergi ödəyicilərinin uçotunun daha düzgün aparılması, vergilər və ödənişlər üzrə işlərin sistemli təşkili, uçot-qeydiyyat proseslərinin təkmilləşdirilməsi və ödəyicilərlə əlaqələrin daha operativ qurulmasına xidmət edəcək.

Elşad Vəliyev bildirib ki, həyata keçirilən struktur dəyişikliklərinin əsas məqsədi iş prosesinin daha səmərəli qurulması və bələdiyyənin fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir.

Yeni strukturla vergi, ödəniş və uçot-qeydiyyatı istiqamətləri üzrə iş bölgüsünün dəqiqləşdirilməsi, hər bir sahə üzrə məsuliyyətin artırılması və vətəndaşlara göstərilən xidmətlərin daha operativ təşkili üçün daha geniş imkanlar yaradır.

Sədr qeyd edib ki,  bu  dəyişiklik  yeni idarəetmə strukturunun formalaşdırılması istiqamətində atılan mühüm addımlardandır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər