Xətai rayonunda yaşıl nəfəs: Xətai Bələdiyyəsinin abadlıq və yaşıllaşdırma təşəbbüsləri
Şəhərin gözəlliyi yalnız müasir binalar və geniş yollarla deyil, eyni zamanda yaşıllıq, təmizlik və estetik görünüşlə də ölçülür. Bu baxımdan Xətai rayon Bələdiyyəsinin həyata keçirdiyi abadlıq və yaşıllaşdırma tədbirləri rayonun simasının daha da gözəlləşdirilməsinə, sakinlər üçün daha rahat və sağlam mühitin yaradılmasına xidmət edir.
“Xətai rayonunda yaşıl nəfəs” adlanan bu təşəbbüslər çərçivəsində
yol kənarı ərazilərdə dekorativ güllərin təşkili, yaşıllıq zolaqlarının qorun
ması və ərazilərin mütəmadi suvarılması istiqamətində ardıcıl işlər görülür. Bu
tədbirlər rayonun ekoloji mühitinin yaxşılaşdırılması ilə yanaşı, şəhər
estetikası baxımından da mühüm əhəmiyyət daşıyır.
Xətai rayonunun əsas istiqamətlərindən olan 8 Noyabr
prospekti, Zığ şosesi və aeroport yolu boyunca aparılan dekorativ gülləndirmə
işləri ərazilərə xüsusi gözəllik və səliqə bəxş edir. Mövsümə uyğun seçilən
güllərin əkilməsi, onlara vaxtında qulluq göstərilməsi və isti yay günlərində
mütəmadi suvarılması nəticəsində yol kənarları daha baxımlı və cəlbedici
görünüş qazanır.
Xətai rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevin rəhbərliyi
ilə həyata keçirilən bu tədbirlər rayonun abadlaşdırılması istiqamətində məqsədyönlü
fəaliyyətin göstəricisidir. Onun rəhbərliyi ilə yaşıllıqların artırılması,
ictimai ərazilərin daha səliqəli vəziyyətə gətirilməsi və sakinlərin rahat
yaşayış mühitinin təmin olunması istiqamətində görülən işlər xüsusi diqqət çəkir.
Elşad Vəliyevin fəaliyyətində rayonun inkişafına, abadlıq
işlərinə və insanların rahatlığına xidmət edən layihələrə üstünlük verilməsi bələdiyyənin
qarşıya qoyduğu məqsədlərlə uzlaşır. Yol kənarlarında yaradılan dekorativ gül
zolaqları və yaşıllıq sahələrinə göstərilən qayğı Xətai rayonunun daha gözəl və
müasir görünüşə qovuşmasına mühüm töhfə verir.
“Xətai rayonunda yaşıl nəfəs” yalnız yaşıllıq yaratmaq
deyil, həm də insanlara gözəl, təmiz və rahat şəhər mühiti bəxş etmək məqsədi
daşıyan bir yanaşmadır. Bu istiqamətdə həyata keçirilən tədbirlər rayon akinlərinin
məmnunluğunun artırılmasına, təbiətə və ətraf mühitə qayğı mədəniyyətinin
formalaşmasına xidmət edir.
Xətai rayon Bələdiyyəsinin bu sahədə gördüyü işlər yerli
idarəetmənin abadlıq və quruculuq istiqamətində fəaliyyətinin nümunəsi kimi
qiymətləndirilə bilər. Yaşıllaşdırma və dekorativ gülləndirmə tədbirlərinin
davam etdirilməsi Xətai rayonunun daha yaşıl, daha gözəl və daha rahat yaşayış
məkanına çevrilməsinə imkan yaradır.
Xətai bələdiyyəsi
Rəylər
0 Rəy