Anar Adıgözəlov: “Büdcə gəlirlərimizin artması həm və seçicilərimizin qaldırdığı problemlərin sürətli həlli deməkdir”
“Bu gün Maştağa bələdiyyəsinin kollektivinin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvə ilə çalışmaqdır. Bunun üçün BAMS proqramının verdiyi bütün imkanlardan istifadə etməklə büdcə gəlirlərini artırmağa nail olunub”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.
Sədr qeyd
edib ki, kollektivin və bələdiyyənin vergi xidmətinin birgə və sistemli fəaliyyəti
sayəsində 2024-cü ilin birinci yarısı ilə müqayisədə cari ildə büdcə gəlirlərində 103 faizlik artım müşahidə
olunub. Əmlak vergisinin həcmində 63 faiz, torpaq vergisinin həcmində isə 47 faizlik
artım əldə olunub.
Sədr qeyd
edib ki, vergi xidmətinin əməkdaşları hazırda vergi-uçot sistemində mövcud olmuş
boşluqları aradan qaldırmaq üçün ciddi işlər aparmaqdadırlar. Bunun üçün mütəmadi olaraq həm bələdiyyənin
inzibati binasında, həm də səyyar görüşlərdə vətəndaşlarla mütəmadi olaraq görüşlər
keçirir, izahat işləri aparır, həm də əlaqə məlumatlarını dəqiqləşdirirlər. Belə
ki, növbəti ilin yanvarında başlayaraq vergi ödəyicilərinə bildirişləri onlayn
şəkildə göndərilməlidir.
Anar Adıgözəlov
açıqlamasında son üç il ərzində bələdiyyənin əlidə etdiyi büdcə gəlirlərinin əsas
istiqamətlərinə də toxunub.
Sədr qeyd
edib ki, 2024-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 222.046 manat vəsait
daxil olub ki, onun da 150.459 manatı əmlak vergisindən, 36.414 manatı torpaq
vergisindən, 18.004 manatı bələdiyyələr
tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət,
ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, digər istiqamətlərdən 4.347
manat əldə edilib. Yarım il ərzində bələdiyyə
mülkiyyətinin icarəsindən 12.821 manat vəsait daxil olub.
2025-cü
ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 226.034 manat vəsait daxil olub ki, onunda
143.604 manatı əmlak vergisindən, 39.782 manatı torpaq vergisindən, 18.558
manatı bələdiyyələr tərəfindən xüsusi
ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər
xidmətlərə görə ödənişlərdən, digər istiqamətlərdən 9.578 manat əldə edilib. Yarım
il ərzində bələdiyyə mülkiyyətinin icarəsindən
14.481 manat vəsait daxil olub.
2026-cü
ilin birinci yarısında isə bələdiyyə
büdcəsində kifayət qədər artım olub. Belə
ki, cari ilin yarısında büdcə gəlirlərinin həcmi 451.092
manat olub ki, onun da 244.695 manatı əmlak vergisindən, 53.510
manatı torpaq vergisindən, 34.426 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq
sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə
ödənişlərdən, 12.600 manatı digər istiqamətlərdən, 4.900 manatı fiziki şəxslərdən
ianə, 73.000 manat isə dövlət büdcəsindən ayrılan dotasiya təşkil edib. Yarım
il ərzində bələdiyyə mülkiyyətinin icarəsindən
27.960 manat vəsait daxil olub.
Bələdiyyə
tərəfindən əldə edilən maliyyə vəsaitinin 38 faizi məhəllədaxili yollarda abadlıq və əsaslı təmir
işlərinin görülməsinə, 38 faizi sosial-humanitar dəstək tədbirlərinə, 6 faizi isə tarixi mədəni irsini qorunması və
qəbirstanlıqlarda abadlıq işlərinin görülməsinə ayrılıb.
Cari ildə hədəfimiz büdcə gəlirlərini səkkiz yüz min manata çatdırmaqdır. İnanırıq ki, kollektivin birgə səyi ilə bu hədəfə çatacağıq. Büdcə gəlirlərimizin artması həm və seçicilərimizin qaldırdığı problemlərin sürətli həlli deməkdir.
Belediyye.info
Rəylər
0 Rəy