Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-07-2026 , 00:13

108

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Büdcə gəlirlərimizin artması həm və seçicilərimizin qaldırdığı problemlərin sürətli həlli deməkdir” 


“Bu gün Maştağa bələdiyyəsinin kollektivinin əsas məqsədi  vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvə ilə çalışmaqdır. Bunun üçün BAMS proqramının verdiyi bütün imkanlardan istifadə etməklə büdcə gəlirlərini artırmağa nail olunub”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, kollektivin və bələdiyyənin vergi xidmətinin birgə və sistemli fəaliyyəti sayəsində 2024-cü ilin birinci yarısı ilə müqayisədə cari ildə  büdcə gəlirlərində 103 faizlik artım müşahidə olunub. Əmlak vergisinin həcmində 63 faiz, torpaq vergisinin həcmində isə 47 faizlik artım əldə olunub.

Sədr qeyd edib ki, vergi xidmətinin əməkdaşları hazırda vergi-uçot sistemində mövcud olmuş boşluqları aradan qaldırmaq üçün ciddi işlər aparmaqdadırlar.  Bunun üçün mütəmadi olaraq həm bələdiyyənin inzibati binasında, həm də səyyar görüşlərdə  vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirir, izahat işləri aparır, həm də əlaqə məlumatlarını dəqiqləşdirirlər. Belə ki, növbəti ilin yanvarında başlayaraq vergi ödəyicilərinə bildirişləri onlayn şəkildə göndərilməlidir.

Anar Adıgözəlov açıqlamasında son üç il ərzində bələdiyyənin əlidə etdiyi büdcə gəlirlərinin əsas istiqamətlərinə də toxunub.

Sədr qeyd edib ki, 2024-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 222.046 manat vəsait daxil olub ki, onun da 150.459 manatı əmlak vergisindən, 36.414 manatı torpaq vergisindən, 18.004 manatı  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, digər istiqamətlərdən 4.347 manat əldə edilib. Yarım il ərzində  bələdiyyə mülkiyyətinin icarəsindən 12.821 manat vəsait daxil olub.

2025-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 226.034 manat  vəsait daxil olub ki,  onunda  143.604 manatı əmlak vergisindən, 39.782 manatı torpaq vergisindən, 18.558 manatı  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, digər istiqamətlərdən 9.578 manat əldə edilib. Yarım il ərzində  bələdiyyə mülkiyyətinin icarəsindən 14.481 manat vəsait daxil olub.

2026-cü ilin birinci yarısında isə  bələdiyyə büdcəsində kifayət  qədər artım olub. Belə ki, cari ilin yarısında büdcə gəlirlərinin həcmi   451.092 manat olub ki,  onun da  244.695 manatı əmlak vergisindən, 53.510 manatı torpaq vergisindən, 34.426 manatı  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, 12.600 manatı digər istiqamətlərdən, 4.900 manatı fiziki şəxslərdən ianə, 73.000 manat isə dövlət büdcəsindən ayrılan dotasiya təşkil edib. Yarım il ərzində  bələdiyyə mülkiyyətinin icarəsindən 27.960 manat vəsait daxil olub.

Bələdiyyə tərəfindən əldə edilən maliyyə vəsaitinin 38 faizi  məhəllədaxili yollarda abadlıq və əsaslı təmir işlərinin görülməsinə, 38 faizi sosial-humanitar dəstək tədbirlərinə,  6 faizi isə tarixi mədəni irsini qorunması və qəbirstanlıqlarda abadlıq işlərinin görülməsinə ayrılıb.

Cari ildə hədəfimiz büdcə gəlirlərini səkkiz yüz min manata çatdırmaqdır. İnanırıq ki, kollektivin birgə səyi ilə bu hədəfə çatacağıq. Büdcə gəlirlərimizin artması həm və seçicilərimizin qaldırdığı problemlərin sürətli həlli deməkdir. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
3152