Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-07-2026 , 21:44

90

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səkinə Kərimova: “Büdcə gəlirlərində ən yüksək yeri əmlak və torpaq vergiləri təşkil etmişdir”

“2026-cı ilin ilk altı ayı ərzində bələdiyyənin büdcə gəlirləri 78 min 123 manat təşkil etmişdir. Bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikasının davam etdiyini göstərir. Büdcə gəlirlərinin səmərəli toplanılması nəticəsində bələdiyyənin maliyyə imkanları genişlənmiş və yerli əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün daha əlverişli şərait yaranmışdır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova deyib.  

Gəlirlərin istiqamətləri toxunan sədr qeyd edib ki, 24.239 manat  torpaq vergisindən,  30 344 manat əmlak vergisindən, 1 600 manat bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, 1 270,bələdiyyə mülkiyyətinin icarəyə verilməsindən, 121 manat maliyyə sanksiyalarından,  17.000 manat dövlət tərəfidnən ayrılan dotasiya, və 3. 550 manat  digər daxilolmalardan formalaşmışdır. Göründüyü kimi, büdcə gəlirlərin ən yüksək yeri əmlak və torpaq vergiləri təşkil etmişdir.

Son 3 ilin müqayisəli təhlili göstərir ki,  2024-cü ilin ilk altı ayında büdcə gəlirləri 55 min 396 manat, 2025-ci ildə 68.280 manat, cari ildə isə 78 min 123 manat  olmuşdur. Beləliklə, 2024-cü illə müqayisədə gəlirlərin həcmi  41 faiz,  2025-ci illə müqayisədə isə 14 faiz artmışdır. Bu artım vergi inzibatçılığının gücləndirilməsi və ödəniş intizamının yüksəlməsi ilə bağlıdır.

Qarşıya qoyulan hədəflərə toxunan sədr qeyd edib ki, əsas məqsədimiz büdcə gəlirlərinin artırılması, vergi bazasının genişləndirilməsi, bələdiyyə əmlakından daha səmərəli istifadə olunması, sakinlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əldə olunan vəsaitlərin birbaşa qəsəbənin sosial problemlərinin həllinə yönəldilməsidir.

İlk altı ay ərzində bələdiyyə büdcəsi hesabına su basma hallarının qarşısının alınması məqsədilə bələdiyyə tərəfindən 150 millimetrlik su nasosu alınmışdır, kompüterlərin təmiri həyata keçirilmiş, abadlıq işləri görülmüş, qəsəbədə fərqlənən şagirdlər mükafatlandırılmış, maddi yardımlar göstərilmiş, 20 Yanvar və Qurban bayramı ilə bağlı tədbirlər təşkil edilmiş və digər zəruri xidmətlər maliyyələşdirilmişdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər