Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-06-2026 , 11:05

269

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Osman Quliyev: “Hələ ki əldə etdiyimiz nəticələr bizi qane etmir”

“Bu gün Qobustan bələdiyyəsinin sistemli  fəaliyyətinin nəticəsidir ki, 2024-cü ilin ilk beş ayı ilə müqayisədə ümumi  büdcə gəlirlərində 25 faizlik artım müşahidə olunub”- bu fikirləri Belediyye.infoya Qaradağ rayonu Qobustan bələdiyyəsinin sədri Osman Quliyev deyib.

2024-cü illə müqayisədə cari ilin ilk beş ayı ərzində torpaq vergisində 19 faiz, əmlak vergisində isə 35 faizlik artım müşahidə olunub.

Ötən dövrdə ki, əldə olunan gəlirlərin istiqamətlərinə toxunan sədr qeyd edib ki,  2024- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan  10.740 manat vəsaitin 2.887 torpaq vergisindən, 5.153 manatı əmlak vergisindən,   2.700 manatı bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.

2025- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 10.817 manat vəsaitin, 3.442 torpaq vergisindən, 4.746 manatı əmlak vergisindən,  2.628 manatı bələdiyyə mülkiyyətinin icarəsində daxil olub.

2026- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 13.342 manat vəsaitin, 3419 torpaq vergisindən, 6923 manatı əmlak vergisindən, 3.000 manatı bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.

Sədr qeyd edib ki, cari ilin ilk beş ayı ərzində əldə etdiyimiz nəticələrdə irəliləyiş olsa da bu nəticələr bizi qane etmir.

Bu gün bələdiyyənin vergi xidməti BAMS proqramının verdiyi bütün imkanlardan yaralanır.

Lakin əvvəl ki illərdə ötürülmüş boşluqlar bizi yüksək nəticələri əldə etməyə hələki imkan vermir. Amma kollektiv ruhdan düşmür, daha uğurlu nəticələr əldə etmək üçün var qüvvəsi ilə çalışır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
2911