Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-06-2026 , 21:16

83

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: "Uşaqların böyük məmnunluqla iştirak etdikləri tədbir xoş ovqat və bayram əhval-ruhiyyəsi ilə yadda qalıb"

“Badamdar bələdiyyəsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 136 saylı körpələr evi–uşaq bağçasında bayram tədbiri təşkil olunub”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Seymur Həsənov deyib.

Sədr qeyd edib ki, tədbirdə çıxış edənlər uşaqları təbrik edərək onlara xoş arzularını çatdırmış, uşaqların sağlam, xoşbəxt və qayğısız böyümələrinin vacibliyini vurğulayıblar.

Tədbirin bədii hissəsində uşaqlar üçün maraqlı və əyləncəli proqram təqdim edilib. İlk olaraq “Qırmızı Papaq” nağılı əsasında hazırlanmış səhnəcik nümayiş olunmuş, balacalar tamaşanı böyük maraqla izləmişlər. Daha sonra cizgi film qəhrəmanlarının iştirakı ilə müxtəlif oyunlar və əyləncə proqramları təşkil edilmiş, uşaqlar şən və unudulmaz anlar yaşamışlar.

Bayram tədbirinin sonunda balacalara bələdiyyə tərəfindən hədiyyələr təqdim olunmuş, onların sevinc dolu təbəssümü tədbirə xüsusi rəng qatmışdır.

Sədr qeyd edib ki, uşaqların böyük məmnunluqla iştirak etdikləri tədbir xoş ovqat və bayram əhval-ruhiyyəsi ilə yadda qalıb.

Belediyye.info











 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
2854