Seymur Həsənov: "Uşaqların böyük məmnunluqla iştirak etdikləri tədbir xoş ovqat və bayram əhval-ruhiyyəsi ilə yadda qalıb"
“Badamdar bələdiyyəsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq
Müdafiəsi Günü münasibətilə 136 saylı körpələr evi–uşaq bağçasında bayram tədbiri
təşkil olunub”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri
Seymur Həsənov deyib.
Sədr qeyd edib ki, tədbirdə çıxış edənlər uşaqları təbrik edərək
onlara xoş arzularını çatdırmış, uşaqların sağlam, xoşbəxt və qayğısız böyümələrinin
vacibliyini vurğulayıblar.
Tədbirin bədii hissəsində uşaqlar üçün maraqlı və əyləncəli
proqram təqdim edilib. İlk olaraq “Qırmızı Papaq” nağılı əsasında hazırlanmış səhnəcik
nümayiş olunmuş, balacalar tamaşanı böyük maraqla izləmişlər. Daha sonra cizgi
film qəhrəmanlarının iştirakı ilə müxtəlif oyunlar və əyləncə proqramları təşkil
edilmiş, uşaqlar şən və unudulmaz anlar yaşamışlar.
Bayram tədbirinin sonunda balacalara bələdiyyə tərəfindən hədiyyələr
təqdim olunmuş, onların sevinc dolu təbəssümü tədbirə xüsusi rəng qatmışdır.
Sədr qeyd edib ki, uşaqların böyük məmnunluqla iştirak etdikləri tədbir xoş ovqat və bayram əhval-ruhiyyəsi ilə yadda qalıb.
Rəylər
0 Rəy