Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-05-2026 , 23:32

187

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Vüqar Tofiqli: “Balaxanı bələdiyyəsində keçirilən görüşün səmərəli nəticə verəcəyinə inanıram”

Bu gün Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalovun təşəbbüsü ilə Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimovanın və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə görüş keçirilmişdir.

Görüşdə hər iki bələdiyyənin son illərdə əldə etdiyi uğurlardan söhbət açılmış, Sabunçu RİH-in bələdiyyələrin inkişafında göstərdiyi  diqqət, habelə BAMS proqramının təkmilləşdirilməsi və proqramın  Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə, o cümlədən digər dövlət qurumlarının məlumat sisteminə inteqrasiya edilməsinin bələdiyyələrin inkişafına və onların üzləşdikləri problemlərin həllinə dəstək olması xüsusi olaraq vurğulanmışdır.

Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova bələdiyyənin cari ildə büdcə gəlirlərində artıma nail olunmasını qeyd etsə də, bunun hələ  son hədd olmadığını və vergi xidməti orqanının hazırda ciddi şəkildə çalışdığını bildirmişdir. Xanım sədr qeyd edib ki, qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyənin üzv və qulluqçularının hər biri öz töhfəsni verir. Ərazidə sənədsiz əmlakın olması, xəritələrin bu günədək verilməməsi fəaliyyətə müəyyən problem yatarmaqdadır. Sədr bildirib ki, hər bir layihənin icrasında Sabunçu RİH -in dəstəyini hiss edirik. Bu dəstəyin verilməsi bələdiyyənin üzərinə düşən məsuliyyət yükünü də bir qədər artırmış olur.

Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov deyilənlərə əlavə olaraq cari ildə Bilgəh bələdiyyəsinin əldə etdiyi uğurlarda hər bir kollektiv üzvünün öz əməyinin olduğunu qeyd edib. Kollektiv üzvlərinin “bir nöqtəyə” vurması və fikir birliyinin olması nəticədə bələdiyyənin yaşaylış məntəqəsində çəki və nüfüzüna da öz müsbət təsirini göstərmiş olur.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli bələdiyyələrin perspektivdə ciddi uğurlara imza atması üçün Adminstrasiyanın müvafiq sektorunun, ABMA  və Bələdiyyələrin Rəqəmsallaşama və İnnovasiya Mərkəzinin həyata keçirdiyi layihələrin mühüm rolu olduğunu qeyd edib. Düşünmək olar ki, ölkə bələdiyyələrinin üzləşdiyi problem və çətinliklər mərhələli şəkildə öz həllini tapmaqdadır.  Odur ki, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyələr bundan sonra da uğurlu fəaliyyətlərini davam etməlidirlər.  Birlik sədri belə görüşlərin təşkilinin sonda  səmərəli nəticə verəcəyinə inandığını qeyd edib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər