Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-04-2026 , 18:21

1890

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Vətəndaş məsələ qaldırdı bələdiyyə də dəstəyini göstərdi

“Xəbər verildiyi kimi, güclü yağışın vətəndaşlara yaratdığı fəsadları aradan qaldırılması ilə bağlı icra strukturlarının mərhələli şəkildə  həyata keçirdiyi işlərə Buzovna bələdiyyəsi də bir sıra ciddi layihələr icra etməklə öz töhfəsini verməkdədir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədr müavini Təbriz Ağayev deyib.

Bu günlərdə isə Buzovna qəsəbəsi, İsmət Qayıbov küçəsi 18 ünvanında yaşayan sakininin  müraciətinə bələdiyyə sədri İsrafil Hüseynovun tövsiyəsinə uyğun yerindəcə baxış keçirilmiş və problemin həlli ilə bağlı artıq addımlar atılaraq, problem öz həllini tapmışdır.

Buzovna bələdiyyəsinin və rayon kommunal təsərrüfat birliyininin yaxından iştirakı ilə, ərazidə yaranmış quyu çınqılla döldululmuş və üzərinə dəmir barmaqlıqlardan istifadə etməklə beton tökülmüşdür. Bu layihəni icra etməklə vətəndaş üçün həyatı təhlükə aradan qaldırılmışdır.

Mənzil sahibi görülən işlərə görə, həm Buzovna bələdiyyəsinin rəhbərliyinə, həm də Xəzər MKTB-nin 136 saylı MKİS-nin əməkdaşlarına təşəkkürlərini bildiriblər. Qeyd edək ki, hadisə baş verən gün ilk olaraq Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov, sədr müavini Təbriz  Ağayevin, Xəzər MKTB-nin mütəxəssislərin iştirakı ilə əraziyə baxış keçirilmiş və quyunun vaxtı ilə qazılmış su quyusu olduğu müəyyən edilmişdir. İstifadə edilməyən quyu bu günlərdə güclü yağışlar nəticəsində suxurları yuyulmuş və təhlükəli vəziyyət yaratmışdır.

Sədr müavini Təbriz Ağayev qeyd edib ki, Buzovna bələdiyyəsi bundan sonrada hər bir vətəndaşın müraciətini diqqətdə saxlamaqla yanaşı qaldırılan məsələlərin həllində var gücü ilə çalışacaqdır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər