Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-04-2026 , 19:38

71

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səbail bələdiyyəsində Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib


Səbail bələdiyyəsinin inzibati binasında Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzanın 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə qəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təbdirdə Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev, Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov,bələdiyyənin sədr müavini Səmədağa Aslanov, Badamdar Bələdiyyəsinin sədri Seymur Həsənov, sədr müavini Samir Məmmədov, “Çernobıl Əllilər İttifaqı” Səbail Rayon üzrə təşkilatın  sədri Kamil Əliyev,  “Çernobıl Əllilər İttifaqı” Səbail Rayon təşkilatın 30 nəfərə yaxın  üzvü və Səbail bələdiyyəsinin üzv və əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər  faciənin tarixindən, Azərbaycan vətəndaşlarının həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərdə fəal iştirakından danışıb. Bildirib ki, Çernobıl faciəsinin nəticələri Azərbaycana da ciddi təsir göstərib. Bu faciədən sonra 2 mindən çox azərbaycanlı uşaq müxtəlif xəstəliklərlə dünyaya gəlib. Faciənin nəticələrinin aradan qaldırılması üçün 8500-dən artıq azərbaycanlı prosesə cəlb olunub.

O, həmçinin deyib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən, 2021-ci ildən bu günə qədər Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş 450-dən çox şəxs evlə təmin olunub.

Tədbirdə çıxış edən digər natiqlər də vurğulayıblar ki, Azərbaycan dövləti tərəfindən Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərə, xüsusilə bu zaman əlil olmuş şəxslərə daim diqqət və qayğı göstərilir.

Səbail bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1514