Anar Adıgözəlov: “Bələdiyyə tərəfindən ərazilərdə yığılan yağış və qrunt sularının kənarlaşdırılması istiqamətində operativ işlər görülməkdədir”
Sədr bildirib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq
Maştağa bələdiyyəsi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
Belə ki, 03.04.2026-cı il tarixli, 8 nömrəli protokol üzrə qəbul edilmiş qərara
əsasən 3 ədəd su nasosu (pompa) alınaraq istismara verilmişdir.
Hazırda həmin avadanlıqlar vasitəsilə qəsəbənin müxtəlif ərazilərində
yığılan yağış və qrunt sularının kənarlaşdırılması istiqamətində operativ işlər
görülməkdədir. Nasoslar növbəli şəkildə istifadə olunaraq vətəndaşların müraciətlərinə
uyğun olaraq problemli ərazilərə cəlb edilir və subasma hallarının aradan
qaldırılması təmin edilir.
Eyni zamanda, ərazidə yerləşən Şəhidlər xiyabanında və qəbiristanlıqlarda
yaranmış su basma problemlərinin aradan qaldırılması məqsədilə də pompalardan
istifadə olunmuş, müvafiq sahələrdə suyun çəkilməsi təmin edilmişdir.
Sədr qeyd edib ki, Maştağa bələdiyyəsi tərəfindən mövcud vəziyyət daim nəzarətdə saxlanılır və vətəndaşların rahatlığının təmin olunması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Belediyye.info
Rəylər
0 Rəy