Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsi rayonda ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir”
Dünən media orqanlarının paylaşdığı məlumatda bildirilirdi ki, paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində 10-dan çox göyrüş ağacı kəsilib. Bununla bağlı paylaşılan məlumatda qeyd edilib ki, ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinə piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov bələdiyyəsi tərəfindən edilən müraciət əsasında kəsilib.
Məsələ ilə
bağlı Belediyye.infoya açıqlama verən adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev
bildirib ki, ərazidə yaşayan bir qrup gözdən əlil insanların electron poçt
vasitəsi ilə Ədliyyə naziri cənab Fərid
Əhmədova müraciətinə əsasən qanunamüvafiq olaraq bələdiyyə tərəfindən Dövlət
Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib. Qurumun rəyindən sonra Bakı Şəhər
İcra Hakimiyyətinin Yaşıllaşdırma idarəsi tərəfindən köküstə qurumuş ağaclar
götürülmüş və bu gün isə bələdiyyənin təşkilatçılğı ilə əraziyə yeni ağacların əkilməsi
həyata keçirilmişdir.
Sədr qeyd edib ki, Nərimanov bələdiyyəsi rayonda ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir. Rayonda ekoloji təhlükəsizliyin təmin olunması, habelə ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi Nərimanov bələdiyyəsinin prioritet fəaliyyət istiqamətlərindəndir.
Belediyye.info
Rəylər
0 Rəy