Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-03-2026 , 23:29

97

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ruhin Orucov: “Qəsəbədə abadlıq və təmizlik işləri bundan sonra da təsdiq edilən proqrama əsasən davam etdiriləcəkdir”

 


“Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə  Bakıxanov bələdiyyəsi  tərəfindən ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də abadlaşdırma və təmizlik işləri  çərçivəsində vaxtaşırı olaraq müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verən tədbirlərin davamlı olaraq keçirilməsi planlaşdırılır”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Ruhin  Orucov deyib.

Sədr qeyd edib ki, bələdiyyə iclasında təsdiq edilmiş proqrama əsasən qəsəbənin mərkəzi küçələrində yaşıllıq zolaqlarlarının, məhəccərlərin quraşdırılması istiqamətində layihələrin icrası başa çatdırlmışdır.

Abadlaşdırma və təmizlik tədbirləri çərçivəsində qəsəbənin mərkəzi hissəsində həmçinin  təmizlik və abadlıq işləri aparılıb, ətrafdakı məişət tullantıları təmizlənib, qazon örtüyü salınmışdır.

Sədr qeyd edib ki, qəsəbədə abadlıq və təmizlik işləri bundan sonra da təqdiq edilən proqrama əsasən davam etdiriləcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər