Ruhin Orucov: “Qəsəbədə abadlıq və təmizlik işləri bundan sonra da təsdiq edilən proqrama əsasən davam etdiriləcəkdir”
“Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakıxanov bələdiyyəsi tərəfindən ekoloji
mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də abadlaşdırma və təmizlik
işləri çərçivəsində vaxtaşırı olaraq
müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsinə və
yaşıllıqların artırılmasına töhfə verən tədbirlərin davamlı olaraq keçirilməsi
planlaşdırılır”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Ruhin Orucov deyib.
Sədr
qeyd edib ki, bələdiyyə iclasında təsdiq edilmiş proqrama əsasən qəsəbənin mərkəzi
küçələrində yaşıllıq zolaqlarlarının, məhəccərlərin quraşdırılması istiqamətində
layihələrin icrası başa çatdırlmışdır.
Abadlaşdırma və təmizlik tədbirləri çərçivəsində
qəsəbənin mərkəzi hissəsində həmçinin təmizlik
və abadlıq işləri aparılıb, ətrafdakı məişət tullantıları təmizlənib, qazon örtüyü
salınmışdır.
Sədr qeyd edib ki, qəsəbədə abadlıq və təmizlik işləri bundan sonra da təqdiq edilən proqrama əsasən davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy