Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-03-2026 , 19:49

130

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Osman Quliyev: “Qəsəbədə ağacəkmə aksiyası keçirilib”

“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar rayon üzrə Tədbirlər Planına uyğun olaraq Qobustan qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Osman Quliyev deyib.

Sədrin sözlərinə görə, aksiyada bələdiyyənin üzv və qulluqçuları, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində mərkəzi yolunun ətrafında 150  ədəddən artıq  müxtəlif növ ağac və kol bitkiləri əkilmişdir.

Ərazilərdə əkilən ağaclara aqrotexniki qulluq göstərilmiş daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunmuşdur.

Sədr qeyd edib ki, movsüm ərzində qəsəbə ərazisində  ağacəkmə və təmizlik-abadlıqla bağlı iməcliklərin hər həftə keçirilməsi nəzərdə tutulmuşdur.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər