Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-03-2026 , 19:22

189

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tədbir Hövsan bələdiyyəsinin təşkilatçılığı keçirilib


Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Hövsan Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və S.S.Axundov adına 172 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Təhsildən yayınma: səbəblər və qarşısının alınması yolları” mövzusunda tədbir təşkil olunub.

S.S.Axundov adına 172 saylı tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, RİHB-i yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Könül Axundova, monitorinq və əlaqələndirmə qrupunun üzvləri, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev, bələdiyyə sədrləri, psixoloqlar, şəhid anaları, məktəb direktorları, müəllim, şagird və valideyn heyəti iştirak ediblər.

Çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova təhsildən yayınma halları ilə bağlı risk qrupuna daxil olan ailələrlə profilaktik işlərin gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, təhsildən kənarda qalan hər bir uşaq gələcəkdə sosial risklərlə, o cümlədən məişət zorakılığı ilə qarşılaşma ehtimalı daha yüksək olan fərd kimi formalaşa bilər. Bu səbəbdən monitorinq qrupu tərəfindən şagirdlərin dərsə davamiyyəti diqqətdə saxlanılır və müvafiq tədbirlər görülür.

Tədbirdə həmçinin məktəbin direktoru Vəfa Bağırova, məktəbin psixoloqu Nərgiz Mürvətli, polis polkovnik-leytenantı Əfqan Ağayev və Hövsan Bələdiyyəsinin sədr müavini Faiq Məmmədov çıxış edərək mövzunun cəmiyyətimizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər, uşaqların təhsildən kənarda qalmasının səbəbləri və qarşısının alınması yolları barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində şagirdlərin təqdimatında mövzuya dair səhnəcik və videoçarx nümayiş olunub.

Hövsan bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər