Telman Süleymanov: “Bələdiyyə olaraq 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bır sıra layihələri icra etdik”
“Şüvəlan bələdiyyəsi olaraq 8 Mart – Beynəlxalq Qadınlar Günündə bələdiyyə iclasının qərarı ilə növbəti layihənin icrasını həyata keçirə bildik“- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov deyib.
Sədr
bildirib ki, layihə çərçivəsində bələdiyyə ərazisində olan şəhid, qazi və aztəminatlı
ailələr ziyarət olunub. Əhalinin həssas
qrupuna aid olan ailələrin üzvləri 8
Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilib, onlara dərin
ehtiram və minnətdarlıqlarını ifadə ediblər.
Görüşlərdə
bələdiyyənin sədri Telman Süleymanov, sədr müavini Rəqsanə Əliyeva və bələdiyyənin
qulluqçuları iştikrak ediblər. Hər bir
görüşdə xanımların hər birinə gül dəstələri
və qiymətli hədiyyələr təqdim edilib və sonda xatirə şəkli çəkilib.
Belediyye.info
Rəylər
0 Rəy