Xətai Bələdiyyəsinin Gender Komissiyası maarifləndirmə kampaniyasını davam etdirir
Xətai Bələdiyyəsinin Gender Komissiyasının növbəti iclası keçirilib. Görüşün əsas mövzusu məişət zorakılığı, ailə daxili münaqişələr və gender bərabərsizliyi ilə bağlı hazırlanan yeni maarifləndirici flayerlərin təqdimatı və onların sakinlər arasında paylanılması planı olub.
İclası giriş sözü ilə açan Gender Komissiyasının sədri Səbinə Abdullayeva flayerlərin məzmunu barədə ətraflı məlumat verib. O, materiallarda yer alan əsas sloqanların və hüquqi məlumatların sadə dildə izah edildiyini vurğulayıb.
"Bu flayerlər sadəcə kağız parçası deyil, sakinlərimizin
öz hüquqlarını tanıması üçün bir bələdçidir. Seçicilərimizin bu istiqamətdə
maariflənməsi sağlam cəmiyyətin təməlidir," – deyə S. Abdullayeva qeyd
edib.
Tədbirdə çıxış edən digər məsul şəxslər də maarifləndirmənin vacibliyinə toxunublar.
Gender Komissiaysının üzvü Kənan Rzayev çıxışında cəmiyyətdə gender bərabərliyinin təmin olunması üçün yerli səviyyədə görülən işlərin əhəmiyyətini xüsusilə qeyd edib. Bələdiyyə qulluqçusu Rövşən Məmmədov çıxışında sakinlərlə birbaşa təmasın qurulması və bu növ tədbirlərin mütəmadi xarakter daşımasının vacibliyini vurğulayıb. Paylanma planı: Flayerlərin rayonun izdihamlı yerlərində və məhəllələrdə sakinlərə çatdırılması qərara alınıb. Zorakılığa qarşı mübarizədə bələdiyyənin dəstək mexanizmləri barədə seçicilərin məlumatlandırılması prioritet seçilib. Bu cür sosial layihələrin il boyu davam etdirilməsi planlaşdırılır. Xətai bələdiyyəsi ailə dəyərlərinin qorunması və hər bir vətəndaşın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcəkdir.
Xətai bələdiyyəsi
Rəylər
0 Rəy