Nailə Nəsirova: “Büdcə gəlirimiz artıdıqca ərazidə həyata keçirdiyimiz layihələrin həcmi də artır”
“Məsqədimiz seçicilərimizə layiqincə xidmət etmək olmalıdır. Bu məqsədə çatmaq üçün isə daim büdcə gəlirlərini artırmaq barədə düşünməli, qanunvericiliyin verdiyi bütün mümkün variantlardan istifadə etməliyik”- bu fikirləri Sabunçu rayonu Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova deyib.
Sədrin
sözlərinə görə, bələdiyyənin xergi xidməti və kollektivin birgə səyi ilə 2023-cü
illə müqayisədə yanvar ayı üzrə büdcə gəlirlərini 49.1 faiz artırmağa nail
olmuşuq. Belə ki, 2023-cü ilin yanvar ayı ərzində əgər 9.125 manat əldə
edilmişdirsə, cari ilin yanvar ayında bu rəqəm 13.608 manata bərabər olub. Ən
yüksək artım isə əmlak vergisinin yığımında olub.
Belə
ki, 2023-cü ilin yanvarında əgər 7.732 manat əldə edilmişdirsə, cari ildə bu rəqəm
12.489 manata bərabər olub.
Büdcə
gəlirimiz artdıqca ərazidə həyata keçirdiyimiz layihələrin həcmi də artır. Odur
ki, kollektivin birgə səyi ilə cari ildə büdcə gəlirlərimizi artırmaqla seçicilərimizə
daha layiqli xidmət etməyə çalışacağıq.
Belediyye.info
Rəylər
0 Rəy