Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-02-2026 , 10:34

244

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nailə Nəsirova: “Büdcə gəlirimiz artıdıqca ərazidə həyata keçirdiyimiz layihələrin həcmi də artır”


“Məsqədimiz seçicilərimizə layiqincə xidmət etmək olmalıdır. Bu məqsədə çatmaq üçün isə daim büdcə gəlirlərini artırmaq barədə düşünməli, qanunvericiliyin verdiyi bütün mümkün variantlardan istifadə etməliyik”- bu fikirləri Sabunçu rayonu Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova deyib.

Sədrin sözlərinə görə, bələdiyyənin xergi xidməti və kollektivin birgə səyi ilə 2023-cü illə müqayisədə yanvar ayı üzrə büdcə gəlirlərini 49.1 faiz artırmağa nail olmuşuq. Belə ki, 2023-cü ilin yanvar ayı ərzində əgər 9.125 manat əldə edilmişdirsə, cari ilin yanvar ayında bu rəqəm 13.608 manata bərabər olub. Ən yüksək artım isə əmlak vergisinin yığımında olub.

Belə ki, 2023-cü ilin yanvarında əgər 7.732 manat əldə edilmişdirsə, cari ildə bu rəqəm 12.489 manata bərabər olub.

Büdcə gəlirimiz artdıqca ərazidə həyata keçirdiyimiz layihələrin həcmi də artır. Odur ki, kollektivin birgə səyi ilə cari ildə büdcə gəlirlərimizi artırmaqla seçicilərimizə daha layiqli xidmət etməyə çalışacağıq.

Belediyye.info 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər