Adil Əliyev növbəti səyyar görüş keçirib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Qaraçuxur qəsəbəsində yerləşən S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada sakinlərlə səyyar görüş keçirib.
Səyyar görüşdə RİHB-nin
müavinləri və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və
bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak
ediblər.
RİH başçısı bildirib ki, ölkə
başçısının tapşırığına əsasən vətəndaş məmnunluğunun təmin olunması və
göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün təşkil olunan
səyyar qəbulların əsas məqsədi sakinlərlə daha sıx təmasda olmaq, onların
problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Səyyar görüşdə ağacların budanması, məhəllədaxili yollarda asfalt örtüyünün salınması, lift və elektrik təchizatında yaranmış problemlərə dair qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələlər nəzarətə götürülüb.
Suraxanı RİH
Rəylər
0 Rəy