Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-02-2026 , 00:47

620

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nailə Nəsirova: “Bələdiyyə iclasında müzakirəyə çıxarılan məsələlərin böyük bir qismi sakinlərin narahat edən problemlərdir”

“Bu gün bələdiyyə əldə etdiyi maliyyə vəsaiti ilə qəsəbə ərazisində sakinlərin qaldırdığı problemlərin həllinə üstünlük verir”- bu barədə Belediyye.infoya Sabunçu rayonu Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova deyib. 

Xanım sədr qeyd edib ki, bələdiyyə iclasında müzakirəyə çıxarılan məsələlərin böyük bir qismi məhz sakinləri narahat edən problemlərin həlli ilə bağlıdır. Bu günlərdə həyata keçirilən layihədə məhz sakinlərin müraciəti əsasında həyata keçirilib. 

Belə ki, Sabunçu RİH-in təşəbbüsü və bələdiyyənin maliyyəsi ilə qəsəbənin Əbdülkərim Əlizadə küçəsində  məhəllədaxili yolun asfaltlanması həyata keçirilmişdir. Ümumi sahəsi 570 kv.m sahəyə asfalt vurulub. Əvvəl sakinlərin gediş-gəlişinə  yaranan çətinliklər artıq aradan qaldırılıb. 

Sakinlər bələdiyyənin həyata keçirdiyi bu layihənin icrasını razılıqla qarşılayıblar. 

Ötən ilin sonlarında təsdiq edilmiş büdcə layihəsinə əsasən ilin sonunadək qəsəbə ərazisində bir sıra irihəcmli layihənin icrası nəzərdə tutulub. 

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər